Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiyada koronavirusa yoluxanların sayı 62 mini keçdi

© REUTERS / MAXIM SHEMETOVМедики в костюме биозащиты в Москве, фото из архива
Медики в костюме биозащиты в Москве, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Ümumilikdə, Rusiyada bu xəstəliyə yoluxanların sayı 62773-ə çatıb. 555 nəfər isə COVID-19-dan vəfat edib

BAKI, 23 aprel — Sputnik. Bir sutka ərzində Rusiyada 4 min 774 koronavirusa yeni yoluxma halı aşkarlanıb. Sputnik Azərbaycan Rusiya Operativ Qərargahına istinadən xəbər verir ki, bir gün ərzində qonşu ölkədə 42 nəfər ölüb.

Сотрудники в лаборатории по производству реагентов для экспресс-тестов на коронавирус в технопарке Сколково, фото из архива - Sputnik Azərbaycan
Bu da "virus süni deyil" deyən çinli alimə rus həmkarından cavab

Ümumilikdə, Rusiyada bu xəstəliyə yoluxanların sayı 62773-ə çatıb. 555 nəfər isə COVID-19-dan vəfat edib. Bir sutka ərzində Rusiyada virusdan sağalanların sayı 471 nəfər olub. Bununla da bu ölkədə virusdan sağalanların sayı 4891-ə çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 2,6 milyonu keçib, 180 mindən çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Xəbər lenti
0