BAKI, 23 aprel – Sputnik. Kareliyadakı fin həbs düşərgələrinin keçmiş məhbusları Böyük Vətən Müharibəsi illərində işğalçı hakimiyyətin fəaliyyətinin araşdırılması ilə bağlı İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkinə müraciət ediblər. Sputnik Azərbaycan-ın məlumatına görə, ərizənin mətni RİA Novosti-yə təqdim edilib.
Bundan əvvəl agentlik "Müddətsiz" layihəsi çərçivəsində fin faşistlərinin dinc sovet vətəndaşlarına qarşı FTB-nin Kareliya regional İdarəsi tərəfindən məxfiləşdirilmiş və əvvəllər dərc edilməmiş hərbi cinayətlərinin sübutlarını açıqlayıb. Bazar ertəsi Rusiyanın İstintaq Komitəsində yoxlama təşkil edilib.
"Biz, Petrozavodsk şəhərinin konsentrasiya düşərgələrinin aşağıda imza edən məhbusları və Finlandiya işğalçılarının antihumanist münasibətinin canlı şahidləri, fin işğalçılarının komandanlığının cinayət faktlarını və onların havadarlarını araşdırmağı, onları törətdikləri cinayətlərə görə məsuliyyətə cəlb etməyi xahiş edirik", - Valentina Moşnikova, Tamara Kardaş, Lenina Makeyeva və Qalina Çapurinanın birgə bəyanatının mətnində deyilir.
Müraciətin müəllifləri qeyd edirlər ki, fin işğalçıları "dinc əhali üçün yeni qayda-qanun yaradaraq, onu milli əlamətlərə görə bölüb, zorakılığa və qırğına məruz qoyublar" və bu, "soyqırımın bütün əlamətlərini özündə daşıyırdı".
Keçmiş məhbusların bəyanatında bildirilir ki, işğalçı rejimin rəhbərliyi Kareliya sakinlərinə qarşı törədilmiş cinayətlərə görə heç bir məsuliyyət daşımayıb. Bununla yanaşı, onlar əlavə ediblər ki, fin əsgərlərinin və onların dinc əhaliyə qarşı cinayət törətmiş rəislərinin adlarını indi demək çətindir.
1941-1944-cü illərdə finlərin nəzarətində olan Karel-Fin SSR ərazisində dinc əhalinin "qeyri-milli" düşərgəsi olan onlarla düşərgə yaradılıb. 1942- ci ilin aprel ayının əvvəlində bu düşərgələrdə 24 minə yaxın insan var idi ki, bu da işğal zonasındakı əhalinin təxminən 30 faizini təşkil edirdi. Gizli arxivlərdən alınan məlumatlara görə, oradakı əhalinin əksəriyyəti - 90 faizdən çoxu slavyanlar - ruslar, belaruslar və ukraynalılar olub.
Tarixçilərin hesablamalarına görə, düşərgələrin mövcud olduğu illər ərzində oradan təxminən 50 min nəfər keçib, fin faşistləri 1941-ci ildən 1944-cü ilə qədər 14 konslager tikiblər, onun da altısı Petrozavodskda olub.