Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Bir müharibənin qalibi bəlli oldu, ABŞ və Kanada isə...

© REUTERS / Vasily FedosenkoНефть, фото из архива
Нефть, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Epidemiya onsuz da bitəcək ki, bu da neftə olan tələbatın və qiymətlərin artmasına səbəb olacaq. Lakin Qərb mənbələrinin də haqlı olaraq qeyd etdiyi kimi, ABŞ və Kanadanın neft hasilatçılarının kifayət qədər əhəmiyyətli hissəsi o vaxta qədər sadəcə "sağ" çıxmayacaq.

BAKI, 22 aprel — Sputnik, İvan Danilov. Neftin mənfi qiymətləri ilə bağlı hazırkı misli görünməmiş vəziyyət neft bazarının gələcəyi barədə heç nə deməsə də, OPEC+ neft alyansına üzv ölkələrlə əməkdaşlıq etmək istəməyən Amerika şist şirkətlərinin ambisiyalarını necə tənzimləmək barədə çox şeyi deyir.

Rusiya Prezidenti Vladimir Putin və Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman - Sputnik Azərbaycan
RUSİYA
Neftin qiymətinə görə müəmmalı telefon danışığı - ultimatum olub?

Neftin qiymətinin "mənfi zona"ya düşəcəyi və nəticələrinin ağır olacağı barədə bank analitikləri (Amerikanın və Avropanın aparıcı banklarının analitikləri də daxil olmaqla) hələ bir ay əvvəl xəbərdarlıq ediblər. Hətta mediada yayılan müzakirələrdə qeyd edilirdi ki, may ayından Səudiyyə Ərəbistanının, Rusiyanın və OPEK+ sövdələşməsinin digər iştirakçılarının aparacaqları misli görünməmiş hasilat ixtisarları qısa müddətdə neftin qiymətini düzəltmək üçün kifayət etməyəcək və koronavirus epidemiyası kontekstində qiymətin sabitləşməsi üçün Amerika neft sektorunun köməyi lazım olacaq.

Ədalət naminə qeyd etmək lazımdır ki, həm Amerika məmurları (məsələn, Texasda neft sektorunun tənzimlənməsi üzrə Komissiyanın üzvləri), həm də şist şirkətlərinin rəhbərləri və sahibləri arasında sağlam düşüncənin tərəfdarları da var idi: onlar skeptikləri səudiyyəli və rusiyalı neft şirkətlərinin Amerikanın zəifliyindən faydalanmayacağına inandırmaq üçün OPEC+ sazişinin bağlanması ilə eyni vaxtda və ya bağlanmasından sonra ABŞ-da rəsmi və ya qeyri-rəsmi şəkildə hasilatın ixtisarını təşkil etmək təklifini verirdilər.

Amma sağlam düşüncə tərəfdarları azlıqda olub. ABŞ-ın Energetika naziri isə İyirmilər qrupunun "virtual sammit"ində bildirib ki, Amerikada neft hasilatının səviyyəsini bazar korrektə edəcək və 2020-ci ilin sonuna qədər hansı proqnoz modelinin düzgün olmasından asılı olaraq, hasilat "könüllü-məcburi" şəkildə sutkada iki və ya üç milyon barel düşəcək. Bu azalma Amerika neftinin dörddə birinin bazardan çıxmasına bərabər olacaq.

Amerikalı Energetika nazirinin sammitdə verdiyi bəyanatda ən vacib məqam rəqəmlər yox, hasilatın hansı yolla tənzimlənməsi olub (güman ki, 2020-ci ilin sonuna qədər ABŞ-da hasilatın hansı həcmdə düşəcəyini dəqiq müəyyənləşdirmək üsulu, ümumiyyətlə, yoxdur). Yüksək rütbəli amerikalı məmur hasilatı bazarın tənzimləyəcəyini bildirib və bu, "G20" qrupunun sədri olan Səudiyyə Ərəbistanının nümayəndələrini qane edib. Məsələ bundadır ki, həm səudiyyəli, həm də rusiyalı neftçilər və məmurlar "ABŞ-ın OPEC üzərində qələbəsini" bəyan edən bir çox yalançı ekspertlərdən fərqli olaraq, məcburi ixtisarın "bazar" mexanizminin necə olacağını, yəni ABŞ-ın neft fyuçersləri bazarında təkrar-təkrar baş verən qiymət fəlakətini yaxşı təsəvvür edə bilirdilər.

Нефтяная вышка, фото из архива  - Sputnik Azərbaycan
İQTİSADİYYAT
"Qara qızılın" sarıya çevriləcəyi an: o vaxtadək ya okean gəmilərlə dolar, ya da...

Həm Amerika neft bazarının quruluş xüsusiyyətləri, həm də (hər şeydən əvvəl) federal rəsmilər və Texasın tənzimləyici qurumu ilə problemi könüllü şəkildə həll etmək istəməyən amerikalı şist hasilatçılarının hərəkətləri səbəbindən mənfi qiymətlər, ehtimal ki, yenidən qayıdacaq.

ABŞ-ın "Goldman Sachs" bankının analitiki Demien Kurvalen hələ bir neçə həftə əvvəl mənfi neft qiymətlərinin mümkünlüyünü proqnozlaşdırıb. O, baş verənləri belə izah edir: "Çikaqo Əmtəə Birjasında WTI neft markası üzrə may üçün imzalanmış müqavilənin müddəti sabah, aprelin 21-də başa çatır. Hər hansı bir uzun mövqe sahibi (müqaviləni bu tarixdən əvvəl bağlamayan, yəni nefti bazarda satmayan neft alıcısı – red.) daha sonra tədarük olunan xam nefti may ayı ərzində Kuşinqdə qəbul etmək məcburiyyətində qalacaq (ya təyin edilmiş boru kəmərinə və ya anbara köçürmə, ya da "anbardaxili köçürmə" vasitəsilə). Bu o deməkdir ki, may ayı üzrə WTI müqaviləsini imzalamış sərmayədar Kuşinq anbarında barelləri üçün yer axtarmaq ehtiyacı ilə üzləşə bilər. Bundan qaçmaq üçün sərmayədar bu mövqeyini (yəni müqaviləsini - red.) aprelin 21-dək (istənilən qiymətə) satmaq məcburiyyətində qalacaq. Lakin ehtimal ki, Kuşinq anbarı o vaxta qədər artıq tamamilə dolmuş olacaq (onsuz da keçən cümə gününə görə onun 77 faizi dolub. Bu isə mayın ilk həftəsində anbarda yer olmayacağını göstərir)."

Şist neftçilərinin "sona qədər hasil etmək" istəyindən irəli gələn bu lokal logistika və anbar fəlakətinin birbaşa nəticəsi olaraq yalnız aprel və may aylarında tədarük ediləcək neftin deyil, həm də iyun və iyul aylarında tədarük ediləcək neftin qiyməti aşağı düşüb. Düzdür, iyun və iyul üçün düşmə həcmi o qədər də böyük olmayıb və qiymətlər hələ də müsbətdir. Nəzərə alsaq ki, bir çox Amerika şirkətləri neftin tədarük qiymətlərini məhz WTI fyuçers müqaviləsinə bağlayırlar, hətta neft Kuşinqə göndərilməsə belə, amerikalı hasilatçıların böyük bir hissəsi ciddi problemlər yaşayacaq. Bu, mənfi qiymətlərdən daha çox, yaxın bir-iki ay ərzində neftin kəskin ucuzlaşması, eləcə də onun boru kəmərinə vurulması və ya saxlanması üçün yer olmaması səbəbindən baş verəcək. Analoji problemlər bu və ya digər dərəcədə dünyanın digər nöqtələrində də yaranacaq, lakin çətin ki, zərərin miqyası ABŞ-da baş verənlərlə müqayisə oluna bilsin.

Neft müharibəsində kimin və necə qalib gəlməsi məsələsinə qayıtsaq, Kanadanın "Financial Post" nəşrinin Kanada Kral Bankının (Royal Bank of Canada) və nüfuzlu "Rystad Energy" konsaltinq şirkətinin dəyərləndirmələri əsasında verdiyi şərhi qeyd etmək olar:

Монитор показывающий курсы валют - Sputnik Azərbaycan
İQTİSADİYYAT
"Neft ixrac edən və tam üzən rejimə malik ölkələrin valyutası devalvasiyaya uğrayıb"

"Kim qalib gəlir? Şimali Amerikada məcburən ixtisar edilmiş neft hasilatı OPEC ölkələrində olduğundan beş dəfə artıq ola bilər... Şimali Amerikanın neft hasilatçıları əzilirlər, çünki gözlənilir ki, neft seli qiymətləri uzun müddət aşağı səviyyədə saxlayacaq. "RBC Capital Markets" ABŞ-da şist neft hasilatının sutkada 1,5 milyon barel azalacağını gözləyir... OPEC-in üzvləri arasında isə yalnız İraq sutkada 300 min barel və Venesuela sutkada 275 min barel ixtisar etmək məcburiyyətində qalacaq. İndiyə qədər ruslar və səudiyyəlilər bazar payı üçün müharibəni qazanırlar. Lakin bu onlara baha başa gəlir, çünki OPEC ölkələrinin əksəriyyəti yüksək neftin qiymətindən böyük dərəcədə asılıdır... "RBC" və "Rystad" tərəfindən alınmış məlumatlara görə, ümumiyyətlə Şimali Amerikada hasilat bu il ərzində sutkada 2,64 milyon barel azala bilər. OPEC-in (əlavə məcburi - red.) ixtisar həcmləri isə sutkada 575 min barel təşkil edir".

Donald Tramp şist şirkətlərinə kömək etməyi vəd edir, lakin o, artıq bunu əvvəllər də vəd edib və ABŞ Konqresindəki siyasi rəqibləri ona bunu etməyə imkan verməyiblər. Onlardan bəziləri hətta açıq şəkildə neftçilərin kütləvi işdən çıxarılmasına və neftin qiymətinin çökməsinə sevinirlər. Yaxın aylarda neft bazarının qiymət konyunkturasını proqnozlaşdırmaq mümkün deyil, amma epidemiya onsuz da bitəcək ki, bu da tələbatın bərpasına və qiymətlərin artmasına səbəb olacaq. Lakin Qərb mənbələrinin də haqlı olaraq qeyd etdiyi kimi, ABŞ və Kanadanın neft hasilatçılarının kifayət qədər əhəmiyyətli hissəsi o vaxta qədər sadəcə "sağ" çıxmayacaq.

Xəbər lenti
0