Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

“Qanuni oğru” zonda gəzintiyə çıxmaq üçün "nadzora" hücum edib

© Sputnik / Tabyldy Kadyrbekov / Mediabanka keçidMəhbus, arxiv şəkli
Məhbus, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
İjevsk məhkəməsi kriminal dairələrdə Ömər Ufimski adı ilə məşhur olan 63 yaşlı qanuni oğru Ömər Bekayevi həbs edib

BAKI, 21 aprel – Sputnik. İjevsk Sənaye Rayon Məhkəməsi kriminal dairələrdə Ömər Ufimski adı ilə məşhur olan 63 yaşlı, çeçen əsilli “qanuni oğru” Ömər Bekayevi həbs edib: avtoritet mayın 1-dək nəzarətdə saxlanacaq. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə xəbəri RT yayıb. 

Замок на тюремной двери, фото из архива - Sputnik Azərbaycan
Britaniyada yaxşı davranan məhbuslara həbsxana kameralarının açarları veriləcək

Nəşrin məlumatına görə, 2019-cu ilin aprel ayından etibarən Bekayev Udmurtiyada ciddi rejimli koloniyalardan birində Rusiya Federasiyası Cinayət Məcəlləsinin Narkotiklərlə bağlı maddəsi ilə cəza çəkib. Azad edilməzdən bir qədər əvvəl isə ona qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin iki maddəsi üzrə ittiham irəli sürülüb: 210.1 ("cinayətkar iyerarxiyada yüksək mövqe tutması") və 321 ("Koloniyanın fəaliyyətinin pozulması").

İstintaqın versiyasına əsasən, Bekayev koloniyanın əməliyyatçısına hücum edib və "həyat və sağlamlıq üçün təhlükəli olan zorakılığın tətbiqi"nə görə məsuliyyətə cəlb edilib. “Qanuni oğru”nun müdafiə tərəfi hesab edir ki, avtoritetin həbsxana işçisinə hücum etməsinin səbəbi, onun qanunda nəzərdə tutulduğunun əksinə olaraq, zonda gəzintiyə çıxmaqdan məhrum edilməsi olub.

Xatırladaq ki, aprelin 10-da da Rusiya KİV-ləri Anqarskdakı (İrkutsk vilayəti) 15 saylı İslah-əmək koloniyasında “qanuni oğru” Tyurikin sifarişi ilə qiyam baş verdiyini yazmışdı. Tyurik dollar milyarderləri ilə əlaqəli qanini oğrudur və kriminal dairələr İrkutsk vilayətini Tyurikin “mülkü” adlandırır.

Xəbər lenti
0