Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiyada koronavirusa yoluxanların sayı 47 mini keçdi

© Sputnik / Aleksey Mayshev / Mediabanka keçidУ карантинного центра по коронавирусу в Коммунарке
У карантинного центра по коронавирусу в Коммунарке - Sputnik Azərbaycan
Abunə olmaq
Ümumilikdə Rusiyada bu xəstəliyə yoluxanların sayı 47121-yə çatıb. Bu virusa yoluxan 405 nəfər isə vəfat edib. Bir sutka ərzində Rusiyada virusdan sağalanların sayı 115 nəfər olub

BAKI, 20 aprel — Sputnik. Bir sutka ərzində Rusiyanın 76 regionunda 4 min 268 koronavirusa yeni yoluxma halı aşkarlanıb. Sputnik Azərbaycan Rusiya Operativ Qərargahına istinadən xəbər verir ki, bir gün ərzində qonşu ölkədə 44 nəfər ölüb.

Пациент с COVİD-19 в отделение реанимации интенсивной терапии, фото из архива - Sputnik Azərbaycan
Koronavirusa yoluxanların sayı 2,4 milyonu keçdi

Ümumilikdə, Rusiyada bu xəstəliyə yoluxanların sayı 47121-yə çatıb. Bu virusa yoluxan 405 nəfər isə vəfat edib. Bir sutka ərzində Rusiyada virusdan sağalanların sayı 115 nəfər olub. Bununla da bu ölkədə virusdan sağalanların sayı 3446-ya çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 2,4 milyonu keçib, 165 mindən çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Xəbər lenti
0