Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Dərə xəlvət, tülkü bəy: görün karantin vaxtı məktəbdə nə iş çevirirmiş

© Depositphotos.com / InnovatedcapturesМужчина в капюшоне прячется в тени улицы
Мужчина в капюшоне прячется в тени улицы - Sputnik Azərbaycan
Abunə olmaq
Siqnalı alan qvardiyaçılar Preobrajenskoye rayonunda məktəbə gəliblər. Baxış zamanı məktəbin qapısının sındığını görüblər

BAKI, 19 aprel - Sputnik. Moskvada 32 yaşlı kişi karantinə bağlanmış məktəbə girdiyinə görə həbs olunub.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Rusiya Federasiyası Milli Qvardiyasının Moskva üzrə Baş İdarəsinin yaydığı məlumatda deyilir.

İlkin məlumatlara görə, kişi sadəcə kompüter oyunu oynamaq istəyib. Buna görə gecə vaxtı məktəbə soxulub. Ancaq təhsil ocağının dəhlizlərində hərəkət sensorları quraşdırıldığından naməlum şəxsin məktəbə daxil olması dərhal qeydə alınıb.

Siqnalı alan qvardiyaçılar Preobrajenskoye rayonunda məktəbə gəliblər. Baxış zamanı məktəbin qapısının sındığını görüblər. Qısa axtarışdan sonra isə sinifdə, kompüter arxasında oturub şəbəkə oyunu oynayan həvəskar həbs olunub.

Xəbər lenti
0