Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

“Qırmızı zona”dan reportaj: koronaviruslu xəstənin ürəyi işə düşdü – VİDEO

© AP Photo / Claudio Furlan/LaPresseПациент с COVİD-19 в отделение реанимации и интенсивной терапии, фото из архива
Пациент с COVİD-19 в отделение реанимации и интенсивной терапии, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Kadrlarda pasiyentin reanimasiyası göstərilir: onun ürəyini masaj edir, defibrillyator vasitəsilə yenidən döyünməsinə çalışırlar

BAKI, 19 aprel - Sputnik. Tibb elmləri doktoru, teleaparıcı Yelena Malışeva koronavirusa yoluxmuş şəxslərin müalicə aldığı  Federal Tibbi-Bioloji Agentliyin Elmi-kliniki Mərkəzindən video hazırlayaraq Instagram səhifəsində paylaşıb.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, video COVID-19 xəstələrinin yerləşdiyi “qırmızı zona”da Malışevanın özü tərəfindən çəkilib, çəkiliş qrupu isə qapı arxasında qalıb.

Kadrlarda pasiyentin reanimasiyası göstərilir: onun ürəyini masaj edir, defibrillyator vasitəsilə yenidən döyünməsinə çalışırlar.

“Ürəyin dayanması bu cür olur”, - videonun titrlərində qeyd olunur.

Son məlumatlara görə, Rusiyanın 85 regionunda 42853 COVID-19-a yoluxma faktı aşkarlanıb. Onlardan 3291 nəfər sağalıb, 361 nəfər isə dünyasını dəyişib.

Xəbər lenti
0