Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya hipersəs silahı ilə bağlı ABŞ-la dialoqun şərtlərini açıqlayıb

© Photo : Northern Fleet Press Service / Mediabanka keçidRusiyada "Bulava" (Toppuz) adlı ballistik raketin "Knyaz Vladimir" sualtı strateji kreyserdən buraxılması
Rusiyada Bulava (Toppuz) adlı ballistik raketin Knyaz Vladimir sualtı strateji kreyserdən buraxılması - Sputnik Azərbaycan
Abunə olmaq
Sergey Ryabkov: Biz amerikalıların "ekzotik" adlandırdığı bir sıra yeni sistemlərimizlə bağlı danışıqlardan yayınmırıq.

BAKI, 17 aprel – Sputnik. ABŞ-la Rusiyanın yeni hipersəs silah sistemləri üzrə dialoqu Amerikanın analoji layihələrinin kompleks müzakirəsi olmadan mümkün deyil. Bu barədə RİA Novosti-yə RF Xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib.

O qeyd edib ki, həmçinin qlobal raket əleyhinə müdafiə (RƏM) sisteminin yaradılması, kosmosda silahların yerləşdirilməsi, strateji sahədəki sabitliyi son dərəcə pozacaq və Moskvanın narahatlığına səbəb olan digər proqramlarla bağlı ünsiyyət qurmaq lazımdır.

Военнослужащие на выставке «Армия России – завтра» в рамках IV Международного военно-технического форума «Армия-2018» в Кубинке - Sputnik Azərbaycan
RUSİYA
Federasiya Şurası yeni Rusiya silahlarının START-3-ə daxil olmasını istisna edib

R.Ryabkov xatırladıb ki, 2019-cu ildə Strateji hücum silahları haqqında müqavilə çərçivəsində Amerika tərəfi "Avanqard" hipersəs döyüş silahını planlayan bloku olan raket daşıyıcısının nümayişi keçirilib. Əgər strateji hücum silahlarının məhdudlaşdırılması haqqında qüvvədə olan müqavilə "ilkin onillik müddətin bitməsindən sonra bir neçə il ərzində qüvvədə qalsa, yəqin ki, bu sistemin sözügedən müqavilənin çərçivəsinə salınmasından danışmaq doğru olacaq”, - deyə o, əlavə edib.

"Son zamanlar amerikalıların "ekzotik" adlandırdığı bir sıra yeni sistemlərimizə gəlincə, biz onunla bağlı söhbətdən də yayınmırıq. Amma xüsusi diqqət yetirmək istəyirəm ki, biz bu sistemləri vakuumda müzakirə etməyəcəyik, onlar hər hansı digər vəziyyətdən asılı olmayaraq, sadəcə, müzakirə mövzusu deyillər”, - deyə XİN rəsmisi əlavə edib.

O, bir daha ABŞ-ın mövzu ilə bağlı təxirəsalınmaz və sərt şərtlərə malik kompleks dialoq aparmağa razılıq verdiyini bəyan edib.

"Biz bu danışıqlar çərçivəsində də yalnız milli təhlükəsizliyimizin təmin olunması məsələsini rəhbər tutacağıq. Bu, silahlar üzərində nəzarət sahəsində bizim ümumi işə yanaşmamızın alfa və omeqasıdır", - diplomat əlavə edib.

SNB-3 (Rusiya ilə Amerika Birləşmiş Ştatları arasında strateji nüvə silahlarının arsenallarının daha da məhdudlaşdırılmasına dair ikitərəfli müqavilə-red.) Rusiya və ABŞ arasında silahların məhdudlaşdırılması haqqında yeganə qüvvədə olan müqavilə olaraq qalır.

Müqavilə hər iki tərəfin yeddi ildən sonra və gələcəkdə öz nüvə arsenallarının ümumi miqdarını - qitələrarası ballistik raketlərin, sualtı qayıqlardakı ballistik raketlərin və ağır bombardmançı təyyarələrin ümumi sayının 700, döyüş başlıqlarının 1550, səfərbər olunan və olunmayan atıcı qurğuların ümumi sayının 800-dən çox olmamaq şərtilə azaldılmasını nəzərdə tutur.

Xəbər lenti
0