Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Hərbi ekspert ABŞ-ın "şübhələri" haqqında: onlar artıq bir dəfə səhv ediblər

© AP Photo / Andrew HarnikФлаг США
Флаг США - Sputnik Azərbaycan
Abunə olmaq
ABŞ Rusiyanın nüvə silahı ilə eksperimentlər aparması ilə bağlı şübhələrini dilə gətirib. Sputnik radiosunun efirində hərbi ekspert, politoloq İvan Konovalov bu cür bəyanatların mümkün səbəbini açıqlayıb

BAKI, 16 aprel — Sputnik. ABŞ Rusiyanın nüvə silahı ilə sınaqlar apardığını güman edir. Bu barədə ABŞ Dövlət Departamentinin Konqresə göndərdiyi illik hesabatında deyilir.

"ABŞ hesab edir ki, Rusiya nüvə silahı ilə bağlı eksperimentlər keçirib və bu eksperimentlər nüvə enerjisinin azad olunması ilə nəticələnib", - sənəddə deyilir.

Xarisi siyasət idarəsində onu da vurğulayıblar ki, 2019-cu ildə Rusiyanın belə eksperimentlər keçirməsi barədə məlumata malik deyillər.

"Ola bilsin ki, Rusiya sınaqları elə keçirir ki, nüvə enerjisi partlayış konteynerindən çıxır, bu isə Rusiyanın müqavilədə göstərilən öhdəlikləri baxımından narahatlıq doğurur", - Departamentdən bildirilib.

Hesabatda həmçinin Moskvanın 1974-cü ildə SSRİ və ABŞ arasında imzalanmış Yeraltı nüvə sınaqlarının məhdudlaşdırılmasına dair müqaviləyə uyğun olaraq nüvə sınaqları ilə bağlı Vaşinqtona məlumat vermək öhdəliyinə tam olaraq əməl etməməsi barədə narahatlıq dilə gətirilib.

Raket buraxılışı - Sputnik Azərbaycan
RUSİYA
Bu "Sirkon" Rusiyanın rəqiblərinə baha oturacaq: onu uçuş zamanı heç nə vura bilməz

Departamentin fikrincə, Moskva belə eksperimentlər barədə xəbər verməlidir ki, Vaşinqton müqaviləyə əlavə olunmuş protokola uyğun olaraq sınaqların yoxlanılmasını həyata keçirsin. Ümumilikdə ABŞ Rusiyanı razılaşmanı pozmaqda ittiham etmir.

Sputnik radiosunun efirində politoloq, hərbi ekspert, Strateji konyunktura mərkəzinin direktoru İvan Konovalov bu bəyanatı şərh edərək bildirib ki, ABŞ, demək olar, bütün sahələrdə əməkdaşlığa son qoyub.

"Biz, heç olmasa, nüvə sahəsindəki əməkdaşlığa toxunmamağı təklif edirdik, lakin (ABŞ Prezidenti) Donald Tramp ABŞ-ın nüvə potensialının təftişi barədə bəyanat verdi. Bu nə deməkdir? Amerikalılar yenidən nüvə dəyənəyini götürürlər. Hazırkı vəziyyətdə hər şey aydındır  - növbəti müqavilə onları bezdirib, onlar ondan canlarını qurtarmaq istəyirlər və misal üçün, OKMRM ilə bağlı istifadə etdikləri sxemdən istifadə edirlər. Onlar birinci dəfə səhv etdilər, yəni, Raket əleyhinə müdafiə sistemlərinin məhdudlaşdırılması barədə müqavilədən çıxanda sadəcə heç kimə heç nə izah etməməyə üstünlük verdilər. Onda onlar hesab etdilər ki, Rusiya zəifdir və hər şey ilə razılaşacaq. Amma sonralar artıq bu cür alınmadı, başqa sxemlər fikirləşməli oldular", - İvan Konovalov bildirib.

1974-cü ilin iyulunda SSRİ və ABŞ arasında imzalanmış Yeraltı nüvə sınaqlarının məhdudlaşdırılmasına dair müqavilə yeraltı nüvə slnaqlarının güc həddini məhdudlaşdırır, həmçinin razılaşmanın yerinə yetirilməsinə qarşılıqlı nəzarət sistemini nəzərdə tutur. Rusiya və ABŞ arasında bu müqavilə çərçivəsində məlumat mübadiləsi bildirişlər göndərilməsi yoli ilə həyata keçirilir.

Xəbər lenti
0