Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Qonşuda koronavirusun yayılma intensivliyi artıb – Nazirlik

© AP Photo / Ebrahim NorooziТест на коронавирус, фото из архива
Тест на коронавирус, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Ümumilikdə, Rusiyada bu xəstəliyə yoluxanların sayı 21102-yə çatıb. Onlardan 1694-ü sağalıb, 170-i ölüb.

BAKI, 14 aprel — Sputnik. Rusiyada koronavirusun yayılma intensivliyi güclənir, Moskvada isə artıq yoluxma zəncirini izləmək olduqca çətindir. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, bunu Rusiya Federasiyasının Səhiyyə Nazirliyinin Baş ştatdankənar epidemioloqu Nikolay Briko qeyd edib.

"Epidemioloji prosesin intensivliyinin güclənməsi, artması müşahidə olunur. Epidemioloji prosesin inkişaf fazasına görə Moskvanı Ümumdünya Səhiyyə Nazirliyinin kriteriyalarına əsasən dəqiq olaraq üçüncü, bəlkə də dördüncü fazaya aid etmək olar. Bu fazada artıq infeksiyanın görünən mənbələrini izləmək, virusun yayılma zəncirini görmək olduqca çətindir", - deyə Briko qeyd edib.

Xatırladaq ki, bir sutka ərzində Rusiyanın 51 regionunda 2 774 koronavirusa yeni yoluxma halı aşkarlanıb. Həmçinin bir gün ərzində qonşu ölkədə 22 nəfər ölüb.

Ümumilikdə, Rusiyada bu xəstəliyə yoluxanların sayı 21102-yə çatıb. Onlardan 1694-ü sağalıb, 170-i ölüb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 1,9 milyonu keçib, 119 mindən çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Xəbər lenti
0