Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Sutkada 1 667 yeni yoluxma, 12 ölü – Qonşuda nələr baş verir

© Sputnik / Evgeniy Kozyirev / Mediabanka keçidМедик в костюме биозащиты в Иркутской станции, фото из архива
Медик в костюме биозащиты в Иркутской станции, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Ümumilikdə Rusiyada bu xəstəliyə yoluxanların sayı 13 584-ə çatıb. Onlardan 1045-i sağalıb, 160-ü ölüb

BAKI, 11 aprel — Sputnik. Bir sutka ərzində Rusiyanın 49 regionunda 1 667 koronavirusa yoluxma halı aşkarlanıb. Sputnik Azərbaycan xəbər verir ki, 24 saat virusa yoluxanların sayı ötən günlə müqayisədə 119 hal azalıb.

Люди у банкомата, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
Ucqar rayonlara virus maska və spirtdən tez çata bilər - SOS

Bundan əlavə, bir sutka ərzində qonşu ölkədə koronavirusdan 12 nəfər ölüb.

Ümumilikdə Rusiyada bu xəstəliyə yoluxanların sayı 13 584-ə çatıb. Onlardan 1045-i sağalıb, 160-ü ölüb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 1,6 milyonu keçib, 102 mindən çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Xəbər lenti
0