Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Koronavirusa qarşı immuniteti müəyyən edəcək test hazırlanır

© AP Photo / Claudio Furlan/ LaPresseТест на коронавирус
Тест на коронавирус - Sputnik Azərbaycan
Abunə olmaq
Hazırlanan test virusun özünü deyil, ona qarşı antitelləri və immuniteti müəyyən edəcək. Onun köməyi ilə xəstəliyi artıq keçirmiş, o cümlədən zəif və ya asimptomatik formada keçirmiş insanları müəyyən etmək mümkün olacaq.

BAKI, 7 aprel — Sputnik. Rusiyanın Vençur Şirkətinə məxsus Biofonda daxil olan "Genetico" genetik və reproduktiv tibb mərkəzi insanların qanında COVID-19 zülallarına qarşı antitellərin aşkarlanması üçün test hazırlayır. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə şirkətin məlumatında deyilir. 

Mərkəz testin hazırlanmasında və tətbiq edilməsində V.A. Engelhardt adına Molekulyar Biologiya İnstitutu ilə əməkdaşlıq edir.

"Hazırlanan test virusun özünü deyil, ona qarşı antitelləri və immuniteti müəyyən edəcək. Onun köməyi ilə xəstəliyi artıq keçirmiş, o cümlədən zəif və ya asimptomatik formada keçirmiş insanları müəyyən etmək mümkün olacaq. O, həmçinin virusa hələ də yoluxmamış və ona immuniteti olmayan insanları aşkar etməyə kömək edəcək", - məlumatda bildirilir.

"Genetico" mərkəzi yaxın günlərdə ilk test sisteminin qeydiyyatı üçün sənədləri hazırlamağı və təqdim etməyi planlaşdırır. Test sisteminin bazara çıxarılması üçün təxmin edilən vaxt 6 həftədir.

Şirkətin planlarına həmçinin laboratoriyalar üçün test sistemlərinin və şəxsi istifadə üçün ekspres testlərin qeydiyyatdan keçirilməsi daxildir.

"Test sisteminin əsas komponenti virusun antigenləridir. Bu test sistemini Rusiyada əlçatan etmək üçün çox miqdarda antigen istehsal etməyi planlaşdırırıq... Antitellər üçün test sistemi ona görə vacibdir ki, biz insanlara və səhiyyəyə kiminsə COVID-19 xəstəliyinə yoluxub-yoluxmadığına dair məlumat verə biləcəyik. Kimsə antitellərin olmadığını cavabını alacaq. Xəstəliyi keçirmişlər isə daha fəal iqtisadi həyat sürə və "qaranlıqdan" çıxa biləcəklər. Bu, epidemiyaya baxmayaraq, öz peşəsinə görə çalışan tibb işçiləri və bir çox başqaları üçün vacibdir", - "Genetico" mərkəzinin direktoru Artur İsayev bildirib.

Xəbər lenti
0