Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiyada koronavirusa yoluxanların sayında kəskin artım qeydə alınıb

© Sputnik / Ramil Sitdikov / Mediabanka keçidМедицинский работник в стационаре НМХЦ имени Пирогова, фото из архива
Медицинский работник в стационаре НМХЦ имени Пирогова, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də koronavirusun törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

BAKI, 6 aprel — Sputnik. Rusiyada daha 954 nəfərdə koronavirus aşkarlanıb. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, virusun aşkarlandığı şəxslərdən 30-u uşaqdır.

Rusiya Operativ Qərargahının məlumatına görə, bu ana qədər Rusiyada 6343 şəxsdə COVID-19 aşkarlanıb. Bu şəxslərdən 406-sı sağalıb, 47-si isə ölüb.

İnfeksiya Rusiyanın 80 regionunda yayılıb. Ümumilikdə ölkədə 758 mindən çox test aparılıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 1,2 milyonu keçib, 68 mindən çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Xəbər lenti
0