Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiyada 5 nəfərin öldürülməsinin səbəbi məlum oldu

© Sputnik / Musa MuradlıOv tüfəngi
Ov tüfəngi - Sputnik Azərbaycan
Abunə olmaq
İstintaq bildirir ki, şübhəli şəxs öz evinin eyvanından pəncərənin altında bərkdən danışan bir qrup gəncə irad tutub.

BAKI, 5 aprel - Sputnik. Rusiyanın Ryazan vilayətinin polis əməkdaşları 5 nəfəri öldürməkdə şübhəli bilinən kişini tutublar. RİA Novosti-nin məlumatına əsasən, hadisə dünən axşam baş verib.

İstintaq bildirir ki, şübhəli şəxs öz evinin eyvanından pəncərənin altında bərkdən danışan bir qrup gəncə irad tutub. Yaranmış mübahisədən sonra kişi evdəki ov tüfəngini götürərək küçəyə çıxaraq 4 cavan oğlanı və bir qızı güllələyib. Onların hamısı yerində ölüblər.

İki saatdan sonra cinayətkar yaxalanıb.

İş üzrə materiallar İstintaq komitəsinə göndərilib. Cinayət işi qaldırılıb.

Xəbər lenti
0