Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Moskvada koronavirusa yoluxanların yarıdan çoxu cavanlardır

© Sputnik / Kirill Kallinikov / Mediabanka keçidМедицинский работник в больнице в России, фото из архива
Медицинский работник в больнице в России, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Operativ Qərargah: Moskvada COVID-19 virusuna yeni yoluxan xəstələrin yarıdan çoxu 18-45 yaş aralığındadır.

BAKI, 5 aprel - Sputnik. Moskvada COVID-19 virusuna yeni yoluxan xəstələrin yarıdan çoxu 45 yaşın altındadır. Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, bu barədə Koronavirusla əlaqədar vəziyyətə nəzarət və monitorinq üzrə Operativ Qərargahın məlumatında deyilir.

Daha əvvəl verilən məlumata görə, aprelin 5-də  Moskvada  536 yeni koronavirus infeksiyasına yoluxma halı təsdiqlənib. Bu günə qədər Moskvada 3893 koronavirus hadisəsi qeydə alınıb.

"Yeni xəstələnənlər arasında 250 nəfərin yaşı  18-dən 45-ə qədərdir. 189 nəfər isə 46-65 yaş aralığındadır”, - deyə qərargahdan bildirilib.

Ümumilikdə Rusiyada son sutka ərzində koronavirusa daha 658 nəfər yoluxub.

Ölkədə koronavirusa yoluxanların ümumi sayı 5389 nəfərə çatıb, 45 nəfər ölüb. Xəstəxanalarda müalicə edilən 355 nəfər sağalıb.

"Bu gün Rusiya Federasiyasının 79 regionunda koronavirus infeksiyasına 5389 yeni yoluxma qeydə alınıb. Son gün ərzində 22 nəfər sağalıb. Bütün dövr ərzində sağalanlar 355 nəfərdir. Son bir gündə Moskvada 2 xəstə ölüb. Rusiya üzrə ölənlərin ümumi sayı 45 nəfərdir", - qərargahın xəbərində bildirilib.

Xəbər lenti
0