Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya koronavirusla bağlı yenə Azərbaycana yardım etdi

© Photo : Heydar Aliyev FoundationДоставка медицинских принадлежностей
Доставка медицинских принадлежностей - Sputnik Azərbaycan
Abunə olmaq
Bununla da, mart ayının əvvəlindən bəri COVID-19-un aşkarlanması üçün Azərbaycana qarşılıqsız əsaslarla təqdim olunan test dəstlərinin sayı 120-yə çatıb.

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 3 aprel — Sputnik. Yeni növ koronavirusun yayılması ilə mübarizənin effektivliyini artırmaq məqsədilə Rusiya Federal İstehlakçı Hüquqları və İnsan Rifahı Qoruma Xidməti (Rosbotrebnadzor) Azərbaycan Səhiyyə Nazirliyinə qarşılıqsız əsaslarla 50 dəst test sistemi təsdiq edib. Bu barədə Sputnik Azərbaycana Rusiya federasiyasının Azərbaycandakı səfirliyindən daxil olan məlumatda bildirilir.

Azərbaycana təqdim olunan 50 dəst test sistemi COVID-19-un müəyyənləşdirilməsi üçün 5 min laboratoriya diaqnostikası həyata keçirməyə imkan verir.

Bununla da, mart ayının əvvəlindən bəri COVID-19-un aşkarlanması üçün Azərbaycana qarşılıqsız əsaslarla təqdim olunan test dəstlərinin sayı 120-yə çatıb. Bu testlər ümumilikdə 12 min laboratoriya diaqnostikası həyata keçirməyə imkan verir.

Məlumatda, həmçinin qeyd olunub ki, Rusiya və Azərbaycan hər iki ölkənin əhalisinin sağlamlığı və rifahı naminə koronavirus pandemiyası və onun regiondakı nəticələrini aradan qaldırmaq üçün bundan sonra da birgə səylər göstərmək niyyətindədir.

Xəbər lenti
0