Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Moskvada iki nəfər koronavirusdan öldü

© Sputnik / Ilya Pitalev / Mediabanka keçidКарантинный центр в Коммунарке
Карантинный центр в Коммунарке - Sputnik Azərbaycan
Abunə olmaq
Qərargah bir daha xatırladıb ki, yaşlı insanlar və xroniki xəstəlikdən əziyyət çəkənlər mütləq özünütəcridə riayət etməlidirlər

BAKI, 25 mart — Sputnik. Moskvada koronavirus təsbit olunmuş iki xəstə dünyasını dəyişib.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Moskvanın xəstəlik üzrə operativ qərargahının Telegram-kanalında bildirilib.

Ölən xəstələrin biri 88, digəri 73 yaşındaymış. Onlara sətəlcəm diaqnozu qoyulmuşdu və xəstəliyin bütün əlamətləri vardı.

Qərargah bir daha xatırladıb ki, yaşlı insanlar və xroniki xəstəlikdən əziyyət çəkənlər mütləq özünütəcridə riayət etməlidirlər.

Koronavirus dünyanın 170-dən çox ölkəsində yayılıb. ÜST-ün son məlumatlarına görə, dünyada bu mərəzə yoluxanların sayı 350 mini ötüb, 16 mindən çox insan dünyasını dəyişib.

Rusiyada 658 adam COVID-19-a yoluxub, onlardan 29-u sağalıb.

Xəbər lenti
0