Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Qonşuda koronovirus əleyhinə vaksinin sınaqları başladı

© AFP 2024 / US ARMY/ERIN BOLLING/HANDOUTТест на коронавирус, фото из архива
Тест на коронавирус, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Rusiyalı alimlər hesab edir ki, peyvənd ən geci 2020-ci ilin dördüncü rübündə tətbiq edilməyə hazır olacaq

BAKI, 20 mart – Sputnik. Rusiyada dünyanı ağuşuna almış yenə virusa qarşı vaksinin sınaqlarına başlanılıb. Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, “Rospotrebnadzor” (İstehlakçıların hüquqlarının müdafiəsi və insan rifahı sahəsində nəzarət üzrə Federal Xidmət) yeni koronavirusa qarşı prototip peyvənd sınağının başlandığını elan edib.

Кабинета Министров Азербайджанской Республики, фото из архива - Sputnik Azərbaycan
SƏHİYYƏ
Azərbaycanda daha 10 nəfərdə koronavirus aşkarlandı - RƏSMİ

Bu barədə agentliyin rəsmi saytında məlumat yer alıb.

Altı fərqli texnoloji platformaya əsaslanan peyvənd prototipləri xidmətin tabeliyindəki “Vector” virusologiya və biotexnologiya dövlət elmi mərkəzində ən qısa müddətdə hazırlanıb.

Elm adamları bütün peyvənd prototiplərini alt primatlar da daxil olmaqla həssas laboratoriya heyvanlarında immunogenlik araşdırmalara başlayıb.

Tədqiqatçılar həm hüceyrə, həm də humoral immun reaksiyasının meydana gəlməsini təmin edən ən perspektivli və təhlükəsiz prototipləri inkişaf etdirəcəklər. Peyvəndin tərkibi, dozası, tətbiq olunma yolu da müəyyən ediləcək.

Alimlər hesab edir ki, peyvənd 2020-ci ilin dördüncü rübündə tətbiq edilməyə hazır olacaq.

Xəbər lenti
0