BAKI, 18 mart — Sputnik. Rusiya məktəblərində koronavirusun yayılmasının qarşısının alınması məqsədilə 3 həftəlik tətil elan olunub. Sputnik Azərbaycan “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiyanın Təhsil naziri Sergey Kravtsov bildirib.
Məlumata əsasən, tətil martın 23-ü başlayıb, aprelin 12-də bitəcək.
“Məktəblilər üçün distant təhsil təşkil olunacaq”, – deyə nazir bildirib.
Moskvada olan məktəblilər isə martin 21-dən tətilə çıxacaq. Qeyd edək ki, ən son məlumatlara görə, Rusiyada 114 koronavirusa yoluxma halı qeydə alınıb.