BAKI, 16 mart — Sputnik. Rusiyada koronavirusa yoluxanların sayı 93-ə çatdı. Sputnik Azərbaycan “RİA Novosti”-yə istinadən xəbər verir ki, bunu Rusiyanın Baş nazirinin müavini Tatyana Qolikova bildirib.
Koronavirusa yoluxan şəxslərdən 86-sı xarici ölkələrdən gəlib, 7 nəfər isə virus daşıyıcısı ilə kontaktda olmuş şəxslərdir.
Qolikova qeyd edib ki, virusa yoluxmuş dörd şəxs sağalıb, daha 79 nəfər stasionar müalicədədir.