Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Azərbaycanla Rusiya arasında dəmiryolu əlaqəsi kəsildi

© Sputnik / Ilya Pitalev / Mediabanka keçidСотрудница ОАО "Российские железные дороги"
Сотрудница ОАО Российские железные дороги - Sputnik Azərbaycan
Abunə olmaq
Koronavirus səbəbindən Rusiya artıq Çin, KXDR, İtaliya, Latviya, Monqolustan, Çexiya, Poşa, Fransa və Almaniya ilə dəmiryolu əlaqəsini kəsib.

BAKI, 16 mart — Sputnik. Koronavirus epidemiyası səbəbindən Rusiyadan Azərbaycan və Özbəkistana, eləcə də əksinə qatarların hərəkəti dayandırılır.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, bu barədə Rusiya Dəmiryolları İdarəsindən bildirilib.

Məlumatda deyilir ki, Azərbaycan və Özbəkistanın Dəmir yolları idarələrindən gələn bildirişlərə müvafiq olaraq və yeni 2019-nCoV koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə martın 16-dan xüsusi göstərişlər olanadək beynəlxalq sərnişin qatarlarının hərəkəti dayandırılır.

Ləğv olunmuş qatarlara istifadə olunmamış biletləri hansısa haqq və ya rüsum olmadan geri qaytarmaq mümkün olacaq. Pulların geri alınması üçün vətəndaşlar bileti aldıqları ölkədə istənilən dəmiryolu kassasına yaxınlaşa bilərlər. Elektron biletləri isə onlar həmin biletləri aldıqları veb-resursların köməyi ilə geri qaytara bilərlər.

Koronavirus səbəbindən Rusiya artıq Çin, KXDR, İtaliya, Latviya, Monqolustan, Çexiya, Poşa, Fransa və Almaniya ilə dəmiryolu əlaqəsini kəsib.

Ümumdünya Səhiyyə Təşkilatı martın 11-də koronavirus epidemiyasını pandemiya adlandırıb. Dünyanın 140-dan çox ölkəsində 153 mindən artıq insan COVID-19-a yoluxub, əksəriyyət sağalsa da, 5.7 min nəfər ölüb.

Xəbər lenti
0