Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiyanın ən qədim məscidinin qapısı muzey işçilərinin badına getdi

© Sputnik / Vladimir Vyatkin / Mediabanka keçidВид на город Дербент с музея "Цитадель Нарын-кала"
Вид на город Дербент с музея Цитадель Нарын-кала - Sputnik Azərbaycan
Abunə olmaq
Günahkarlar inzibati məsuliyyətə cəlb olunacaqlar. Hüquq-mühafizə orqanları hazırda bu icazəsiz toplantının təşkilatçılarını müəyyən edirlər

BAKI, 15 mart — Sputnik. Dağıstanın Dərbənd şəhərində bu gün keçirilən qanunsuz etiraz aksiyası zamanı Rusiyanın ən qədim məscidi olan Cümə məscidinin qapıları sındırılıb.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, etiraza səbəb muzey əməkdaşlarının işdən çıxarılması olub.

Dərbəndin Cümə məscidi şəhərin qədim hissəsinin mərkəzində yerləşir və UNESCO-nin Mədəni İrs Siyahısına daxildir.

"Bu gün saat 11:00-da Dərbəndin yuxarı hissəsində, Bayat Qapı darvazaları istiqamətində sakinlərin razılaşdırılmamış aksiyası keçirilib. Sonra onlar Dərbənd Dövlət tarixi-memarlıq və incəsənət qoruq-muzeyinin işə çıxmayan əməkdaşlarını işdən qovmuş yeni rəhbərliyinin ünvanına şüarlar qışqıraraq Cümə məscidinə doğru hərəkət ediblər", - şəhər bələdiyyəsindən bildirilib.

​Meriyanın məlumatına görə, narazı insanlara vəziyyəti izah etmək üçün qoruq-muzeyin yeni direktoru Viktor Çesnokov onların qarşısına çıxıb. 

"Ancaq onlar dinləmək istəmədilər, həm işdə, həm əməldə aqressiya nümayiş etdirdilər. İfrat milliyyətçi tezislər səsləndirdilər. Hesab edirik ki, müəyyən qisim insanların şəhərin tarixi hissəsində münaqişə yaranmasına təhrik etməsi maksimum rezonans əldə etmək cəhdidir. Bu cəhd hüquq-mühafizə orqanlarının vaxtında müdaxiləsi ilə iflasa uğradı", - məlumatda qeyd olunur.

İcazəsiz mitinq nəticəsində Rusiyanın ən qədim məscidinin darvazası sındırılıb.

"Günahkarlar inzibati məsuliyyətə cəlb olunacaqlar. Hüquq-mühafizə orqanları hazırda bu icazəsiz toplantının təşkilatçılarını müəyyən edirlər. Onlar qanun qarşısında cavab verməli olacaqlar", - meriyanın məlumatında deyilir.

Xəbər lenti
0