Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiyadan etiraf: neftin bu qiymətlərinə əvvəldən hazır imiş

© AFP 2024 / YE AUNG THUНефть, фото из архива
Нефть, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Sorokin həmçinin Moskvanın razılaşmadan çıxmaq qərarını hasilatın ümumilikdə bir gün ərzində 600 min barel azaldılacağı təqdirdə Rusiya neft şirkətlərinin texniki çətinliklərlə üzləşəcəkləri ilə əlaqələndirib.

BAKI, 12 mart — Sputnik. Rusiya dünya neft bazarında kollapsa daha əvvəldən, OPEC+ razılaşmasının pozulmasına qədər hazır idi. Sputnik Azərbaycan "Reuters"ə istinadən xəbər verir ki, bunu Rusiyanın Energetika nazirinin müavini Pavel Sorokin bildirib.

 Səüdiyyə Ərəbistan brokerləri, arxiv şəkli - Sputnik Azərbaycan
TƏHLİL
Neft müharibəsi: Qərb ekspertləri gələcək qalibin adını açıqladılar

Sorokinin sözlərinə görə, Rusiya rəhbərliyi anlayırdı ki "tez, ya gec" neft qiymətlərinin aşağı düşməsi baş verəcək: "İndi biz bazarda xoş olmasa da, proqnozlaşdırıla bilən vəziyyəti görürük".

O, həmçinin Moskvanın razılaşmadan çıxmaq qərarını hasilatın ümumilikdə bir gün ərzində 600 min barel azaldılacağı təqdirdə Rusiya neft şirkətlərinin texniki çətinliklərlə üzləşəcəkləri ilə əlaqələndirib.

Xatırladaq ki, martın 6-da Vyanada OPEC-ə üzv və qeyri-OPEC ölkələrinin ("OPEC+") nazirlərinin görüşü nəticəsiz başa çatıb.

Belə ki, nazirlər arasında neft hasilatına tətbiq edilən məhdudiyyətlərin uzadılması barədə razılıq əldə olunmayıb.

Görüşdən sonra yayılan rəsmi məlumatda neftin qiymətini sabit saxlamaq üçün hasilatçı ölkələr arasında Əməkdaşlıq haqqında Nizamnamə çərçivəsində məsləhətləşmələrin davam etdiriləcəyi əksini tapıb. Bundan sonra neft qiymətləri kəskin aşağı düşüb.

Xəbər lenti
0