OPEC+ üzvlərinin nəticəsiz görüşündən sonra dünya bazarında neftin qiyməti əhəmiyyətli dərəcədə aşağı düşüb. Bu fonda isə Azərbaycan cəmiyyətində vahimə yaranıb ki, manatın qiyməti yenidən düşəcək və hər kəs əlində olan-qalan pulunu dollara dəyişmək istəyir.
Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində bu gün keçirilən mətbuat konfransı da məhz bu mövzuya həsr edilib. İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri Ruslan Atakişiyev cəmiyyəti ajiotaj yaratmamağa çağırıb. Videomuzda ekspertin daha ətraflı rəyini eşidə bilərsiniz.