Мультимедийный пресс-центр Sputnik Азербайджан  - Sputnik Azərbaycan
Mətbuat mərkəzi
Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçirilən tədbirlər

Koronavirus Azərbaycanın istehlak bazarına necə təsir edir

© Sputnik / Murad OrujovПрохожие в медицинских масках на улице в Баку, фото из архива
Прохожие в медицинских масках на улице в Баку, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Planetdə "COVID-19" virusunun yayıldığı bu günlərdə respirator xəstəliklərə qarşı profilaktika üçün bir sıra vacib vasitələrin, eləcə də bəzi gündəlik tələbat mallarının çatışmaması istehlak bazarındakı vəziyyəti çətinləşdirir

15 Mart Beynəlxalq İstehlakçıların Hüquqlarını Müdafiə Günü kimi qeyd olunur. Bu, istehlak bazarındakı problemlərin açıq elan edilməsi və onların həlli yollarının göstərilməsi üçün dünyada istehlakçı hüquqlarını qoruyan insanlar və təşkilatlar üçün bir fürsətdir.

Planetdə "COVID-19" virusunun yayıldığı bu günlərdə respirator xəstəliklərə qarşı profilaktika üçün bir sıra vacib vasitələrin, eləcə də bir sıra gündəlik tələbat mallarının çatışmaması istehlak bazarındakı vəziyyəti çətinləşdirir.

12 mart saat 11: 00-da Sputnik Azərbaycan-ın Multimedia Mətbuat Mərkəzində təşkil olunacaq mətbuat konfransında Azərbaycan İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov ölkənin istehlak bazarındakı mövcud vəziyyət barədə danışacaq. O, vətəndaşların ən çox müraciət etdiyi hallarla bağlı jurnalistləri məlumatlandıracaq, "keyfiyyətsiz malları necə tanımalı?", "çatışmazlıqları necə aradan qaldırmalı?" kimi suallara cavab verəcək.

Əlaqə vasitələri:

Telefonlar: 404-13-84 / 85

Tədbir Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində, Mətbuat prospekti, 529-cu məhəllə, bina 23 M (4-cü mərtəbə) ünvanında keçiriləcək.

Xəbər lenti
0