Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Dünya çaxnaşması: onu kim, niyə yaratdı və indi nə olacaq

© AP Photo / Rick RycroftВ здании фондовой биржи в Сиднее, фото из архива
В здании фондовой биржи в Сиднее, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Bu şərtlərdə Səudiyyə Ərəbistanının valyuta ehtiyatları - təxminən 501 milyard dollar - çox qısa müddətə davam gətirəcək.

İvan Danilov, RİA Novosti

BAKI, 10 mart — Sputnik. Bazarlarda nələrin baş verdiyini başa düşmək üçün əvvəlcə hadisələrin xronologiyasını bərpa etməli və heç vaxt, heç bir halda yaxşı bir şeyə səbəb olmayan çaxnaşmanı şübhə altına almalısınız.

Купюра номиналом в 50 долларов, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Qonşuda dollar uçdu

Ötən cümə keçirilmiş OPEC+ görüşünə qayıdaq və tərəflərin mövqelərini görüş iştirakçılarının özlərinin bəyanatları ilə yox, Qərb mediasının yaydığı məlumatlara uyğun yadımıza salaq edək. Britaniyanın "Reuters" agentliyi danışıqların gedişini belə təsvir edir: "OPEC nazirləri cümə axşamı bildiriblər ki, onlar hazırkı sutkada 2,1 milyon barellik ixtisara əlavə olaraq 2020-ci ilin sonuna qədər neft hasilatının gündə 1,5 milyon barel azaldılmasını dəstəkləyirlər. Bu, sutkada təxminən 3,6 milyon barelin və ya qlobal tədarükün 3,6 faizinin bazardan çıxarılmasına bərabər olacaq. Moskva cümə günü təklifi rədd edərək yalnız sutkada 2,1 milyon barellik ixtisarları uzatmağa hazır olduğunu bildirib. Amma buna cavab olaraq, OPEC hətta mövcud ixtisarları da uzatmaqdan imtina edib".

Yəni Rusiya heç nəyi dağıtmayıb, heç nəyi sarsıtmayıb. OPEC isə Rusiyaya qarşı məlum stratagemadan istifadə etməyə qərar verib – Rusiyanın acığına hətta özünə ziyan vurub.

"Reuters" agentliyinin məlumatlarına əsaslanaraq vəziyyəti tamamilə başa düşülən dildə bir daha təsvir edək: Rusiya hər şeyi olduğu kimi saxlamağı və təşvişə düşməməyi təklif edib. OPEC ölkələrinin nümayəndələri isə (yəqin ki, burada əsas rolu Səudiyyə Ərəbistanı oynayıb) qərara gəliblər ki, qarşılıqlı güzəşt axtarmaq əvəzinə prinsipə getmək və hətta Rusiyanın saxlamağı təklif etdiklərini də dağıtmaq, sonra hər şeyi hamı üçün mümkün qədər pisləşdirmək lazımdır. Yəni OPEC üstünlüyü "hasilatın ixtisarını olduğu səviyyədə davam etdirmək" (Ər-Riyadın nöqteyi-nəzərindən ideal olmasa da) seçiminə yox, "hər şeyi ləğv etmək, bazarı çökdürmək, hər kəsə zərər vermək və hər şeydən əvvəl özünə ziyan vurmaq" (Kremlin acığına) seçiminə verib.

Venesuela vətəndaşı Karakasda divarda neft buruğunun təsvir edildiyi qraffitinin yanından keçir - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Neft bazarında ajiotaj: "böyüklər"in qərarını mərkəzi banklar götür-qoy etməli olacaq

Əslində, neftin qiymətinin ucuzlaşması, çox güman ki, bazarda heç kəsin hadisələrin bu cür inkişaf edəcəyini gözləməməsi ilə bağlıdır. Cümə günü baş tutmuş danışıqlardan əvvəl isə hamı ən pis halda sadəcə olaraq cari məhdudiyyətlərin qalacağını gözləyirdi.

Yeri gəlmişkən, Qərbdə ümumiyyətlə neftin kimə görə çökdüyünə dair heç bir şübhə yoxdur. Nümunələr: Amerikanın "CNN" telekanalı başlıqda yazır "Neft 1991-ci ildən bəri ən böyük ucuzlaşma ilə üzləşib: Səudiyyə Ərəbistanı qiymət müharibəsinə başlayır". Avropa maliyyə mətbuatının flaqmanı "Financial Times" isə sərlövhəsində qeyd edir: "Neft iflası: Səudiyyə Ərəbistanı qlobal qiymət müharibəsini nəyə görə başlayıb?"

Səudiyyə Ərəbistanı tam ciddiliklə nəinki bazarı çökdürməyə, həm də bunu bütün dünya üçün maksimal dərəcədə ağrılı şəkildə etməyə çalışıb (təkcə istehsalçı ölkələr üçün deyil). Ər-Riyad həmçinin bəyan edib ki, apreldə onun nefti birja kotirovkaları ilə müqayisədə bir barelə 10 dollar endirimlə satılacaq. Bundan başqa məlumat yayılıb ki, Səudiyyə Ərəbistanı hasilatı gündə üç milyon barelə artırmağa hazırdır.

Müvafiq olaraq, neftin qiymətinin aşağı düşməsi üç komponentdən ibarətdir.

- Birincisi: koronavirusun iqtisadiyyatlara təsiri (ABŞ və Avropa İttifaqı da daxil olmaqla, bütün planet üzrə bazarlar təlaş içindədir və düşmə müşahidə olunur), bu da neftə tələbatı azaldır.

 Нью-Йоркская фондовая биржа, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Azərbaycan iqtisadiyyatı neftin qiymətlərinin qəflətən oynamasına hazırdırmı?

- İkincisi: "OPEC sövdələşməsinin" dayandırılması.

- Üçüncüsü: Səudiyyə Ərəbistanının nefti 10 dollarlıq endirimlə (yəni bu məqalə yazılan vaxta 20 dollara) satmağa hazır olması. Halbuki, qalan hasilatçılar nefti hazırda təxminən 30 dollara satırlar.

Ola bilsin ki, Ər-Riyad Rusiya iqtisadiyyatının neftin ucuzlaşması səbəbindən dağılacağı və bunun Rusiyanı öz mövqeyinə radikal şəkildə yenidən baxmağa məcbur edəcəyi xülyası ilə yaşayır. Lakin bu elə xülyadır.

Rusiya məqsədyönlü şəkildə, özü də uzun illər boyu müəyyən məqamda geosiyasi, diplomatik və ya iqtisadi səbəblərdən neftin qiymətinin kəskin şəkildə düşməsinə hazırlaşıb. Rusiya Maliyyə Nazirliyi qeyd edir ki, "davamlı aşağı (neft - red.) qiymətlərin qalması halında dövlətin bütün öhdəliklərini yerinə yetirməsi, eləcə də makroiqtisadi və maliyyə sabitliyinin qorunması Rusiya Milli Rifah Fondunda (MRF) kifayət qədər likvid aktivlərin olması təmin ediləcək. 2020-ci il martın 1-nə olan vəziyyətə görə, MRF-in likvid vəsaitlərinin və əlavə neft-qaz gəlirləri üzrə hesabdakı vəsaitin həcmi 10,1 trilyon rublu (150,1 milyard ABŞ dollarını) aşıb və ya ümumi daxili məhsulun 9,2 faizini təşkil edib. Bu vəsait neft qiymətlərinin altı-on il ərzində bir barelə görə 25-30 dollaradək (2017-ci ilin qiymətləri) düşməsindən yaranan gəlir itkisini ödəməyə kifayət edir (dempfer mexanizmi çərçivəsində daxilolmalar nəzərə alınmaqla)."

Yeri gəlmişkən, OPEC tərəfdaşlarının təzyiq altında (hətta sazişin tamamilə pozulma təhlükəsi altında belə) qoyulması, koronavirus səbəbindən bazarlarda çaxnaşmanın olduğu və bazarların da belə bir vəziyyətdə özünü ağılsızcasına apardığı bir vaxtda yaxşı ideya deyildi. Qiymətlərin düşməsini zamanla uzatmaq olardı. Etiraf etmək lazımdır ki, Səudiyyə Ərəbistanının "qulaqlarını dondurması" səyləri fonunda qiymətlərin enməsi, bütün digər hallarda olduğu kimi, problemi daha da dərinləşdirdi. Amma yenə də bizim OPEC üzrə tərəfdaşlarımız əsas qurbanlardır.

Кабинета Министров Азербайджанской Республики, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Hökumət təcili toplandı - Manatın taleyi həll olunur

Bu məzmunda xatırlatmaq yerinə düşər ki, Səudiyyə Ərəbistanında dolların məzənnəsinə nisbətdə rialın sabit olduğunu xatırlatmaq lazımdır (və bu məzənnə valyuta ehtiyatlarını yandırmaqla aktiv şəkildə qorunmalı olacaq). İldə 50 milyard dollarlıq bir büdcə kəsiri ÜDM-in 6,5 faizini təşkil edir. Brent markalı neftin bir barreli 60 dollardan hesablanıb və büdcənin balans qiymətinin (Al Rajhi Capital-ın qiymətləndirməsinə görə, 2019-cu ilin oktyabr ayından etibarən təxmin edilir) bir barreli 71 dollar səviyyəsindədir. Bu şərtlərdə Səudiyyə Ərəbistanının valyuta ehtiyatları (təxminən 501 milyard dollar - 2020 yanvar ayına olan məlumata görə) çox qısa müddətə davam gətirəcək. Xüsusən də nəzərə alsaq ki, Səudiyyənin büdcəsin əsasını neft gəlirlərinin 87 faizi (2018-ci ildə Forbes-in qiymətləndirməsinə görə) təşkil edir. Bu fonda Rusiya maliyyə sabitliyi etalonuna bənzəyir: kəsirsiz büdcə (qiymətlərin kəskin enməsi ilə müəyyən bir kəsirin olacağı aydındır, ancaq başlanğıc nöqtəsi daha yaxşıdır), üzən məzənnə, büdcə gəlirlərində neft və qaz gəlirlərinin faizi (Rusiya Maliyyə Nazirliyinin 2019-cu il üçün məlumatları) - 40,8 faiz.

Rusiyanın, ilk növbədə OPEK-ə üzv ölkələrin və Amerikan şist şirkətlərinin iqtisadiyyatına zərbə vuracaq bu qarışıqlıq dövrünü gözləmək üçün hər cür şansı var. Və hətta inkişaf etmiş ölkələrdə, o cümlədən ABŞ və Avropa Birliyində qondarma defilyasiya şokunu vuracaq qədər şansı var. Bu paradoksal görünə bilər, amma çox aşağı neft qiymətləri hətta "kollektiv Qərb" üçün ciddi ağrıya səbəb olur və bunu tarixi presedentlər və ən son xəbərlər asanlıqla təsdiqləyir. Məsələn, Amerikanın CNBC telekanalı, Fransanın İqtisadiyyat və Maliyyə Naziri Bruno Le Merin Fransanın France Inter radiosunda canlı yayımlanan müsahibəsindən sitat gətirir: "İstəyirəm ki, Səudiyyə Ərəbistanı G20-nin ən zəngin ölkəsi kimi bazarları şoka salmamaq üçün neftin qiymətlərini koordinasiya eləsin. Uzunmüddətli perspektivdə, əgər neftin qiymətləri çox aşağı düşərsə, bu bazarları narahat edəcək və bizim şirkətlərimizin və iqtisadiyyatımızın maliyyələşdirilməsinə təsir göstərəcək".

Передача денег из рук в руки, фото из архива - Sputnik Azərbaycan
SƏHİYYƏ
Cibimizdəki pullar da koronavirus yayırmı - Mərkəzi Bank izahat verdi

Bloomberg agentliyinin enerji üzrə mütəxəssisi Xavye Blass belə bir tarixi presedenti xatırladır ki, gələcək prezident Böyük Buş 1986-cı ildə Səudiyyə Ərəbistanına neft bazarındakı bədii özfəaliyyətə son qoymaq tələbi ilə uçarkən, məntiqlə qeyd edir ki, "ABŞ - ucuz neftin tərəfdarıdır, əgər bu neft Texası təhdid edəcək qədər ucuz deyilsə". Hazırkı vəziyyət Amerika ÜDM-nin təxminən yeddi faizinə və əmək bazarının əhəmiyyətli bir hissəsinə cavabdeh olan ABŞ-ın bütün neft və qaz sektoru üçün birbaşa təhlükədir.

Bütün maraqlı tərəflərin vəziyyətdən az-çox daha məqbul çıxış yolu axtaracağına, ola bilsin bu yolun gec-tez tapılacağına və hansısa kompromislərin olacağına inanmaq üçün əsas var. Ola bilsin, OPEC+-in texniki komitəsinin növbəti iclası (Qərb mediasında iclasın 18 mart tarixində olacağı görünür) vəziyyətin müəyyənləşməsi və yaxşılaşdırılması üçün bir fürsət olacaq. Bununla yanaşı, Rusiya maliyyə bazarlarında yaşanan bu qarışıqlıq dövrünü nə qədər uzansa da, güclü bir şəkildə adlamağa qadirdir.

Xəbər lenti
0