Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Pryaniklər, samovarlar və silahlar şəhəri. Tulada həftəsonu

© Sputnik / Alexey Kudenko / Mediabanka keçidTula Kremli
Tula Kremli - Sputnik Azərbaycan
Abunə olmaq
Tulanın məşhur naxışlı samovarı, nallı birəsi, üç qramlıq tapançası və qarmon çəkməsi ilə fotolentdə tanış olun.

BAKI, 8 mart — Sputnik. Yay aylarında Rusiyanın Tula bölgəsinə gələn qonaqlar adətən muzey-malikanələrə – "Yasnaya Polyana"ya, "Polenovo"ya və "Turgenevo"ya üz tuturlar. Lakin hətta soyuq mövsümdə belə, regionun mərkəzində görməli çox şey var. Tula Moskvadan 180 kilometr aralıda yerləşir və ora qatarla təxminən iki saata çatmaq olar. Tulanın məşhur naxışlı samovarı, nallı birəsi, üç qramlıq tapançası və qarmon çəkməsi ilə RİA Novosti-nin təqdim etdiyi fotolentdə tanış olun.

1. XVI əsrin əvvəllərinə aid Tula Kremli şəhərin ən qədim tikilisidir. Onun ərazisində iki baş kilsə yerləşir: Boqoyavlenski kilsəsində hazırda silah muzeyinin filialı fəaliyyət göstərir, Uspenski kilsəsi isə dindarlara qaytarılıb. Orada hazırda bərpa işləri getsə də, kilsə tamamilə bağlı deyil. Turistlər zəng qülləsinin aşağı hissəsini ziyarət edib Palex ikona rəssamlarının freskalarını görə bilərlər.

© Sputnik / Alexey Kudenko / Mediabanka keçidTula Kremli
Pryaniklər, samovarlar və silahlar şəhəri. Tulada həftəsonu - Sputnik Azərbaycan
Tula Kremli

2. Kremlin yaxınlığında velosiped yolları, qəhvə və pelmeni köşkləri, eləcə də incəsənət obyektləri olan Kazan çaykənarı parkı yerləşir. Burada, məsələn, metaldan hazırlanmış kəpənəkli ağaclar, bir-birinə qaynaq edilmiş 14 min rus və latın əlifbalarının hərflərindən ibarət polad at var. Selfi üçün əla yerdir!

© Sputnik / Maria SelivanovaTulanın Kazan çaykənarı parkında incəsənət obyekti
Pryaniklər, samovarlar və silahlar şəhəri. Tulada həftəsonu - Sputnik Azərbaycan
Tulanın Kazan çaykənarı parkında incəsənət obyekti

3. Naxışlı samovarın yanındakı oyma taxta skamyada da fotoşəkil çəkdirə bilərsiniz.

© Sputnik / Maria SelivanovaTulanın Kazan çaykənarı parkında incəsənət obyekti
Pryaniklər, samovarlar və silahlar şəhəri. Tulada həftəsonu - Sputnik Azərbaycan
Tulanın Kazan çaykənarı parkında incəsənət obyekti

4. Şəhərin əsas turistik yerlərindən biri Rusiyada ən qədim olan Dövlət silah muzeyidir (əsası 1873-cü ildə qoyulub). Onun kolleksiyasının bir hissəsi Kremlin Boqoyavlenski kilsəsində saxlanılır. Qədim dəbilqə formasında olan əsas bina səkkiz il əvvəl tikilib. Beş mərtəbədə tulalı ustalarının yaratdığı odlu və soyuq silahlar nümayiş etdirilir. Ən qədim eksponatlar XIV əsrə aiddir.

© Sputnik / Vladimir VyatkinTuladakı dövlət silah muzeyi
Pryaniklər, samovarlar və silahlar şəhəri. Tulada həftəsonu - Sputnik Azərbaycan
Tuladakı dövlət silah muzeyi

5. Əşyaların bəzilərini əlinizə ala bilərsiniz: pulemyotdan nişan almaq və ya Birinci Dünya Müharibəsi dövrünə aid tüfəngi tutmaq. Kolleksiyada nadir eksponatlar, məsələn, "Balerina" (43 kiloqram ağırlığı olan yüngül aviasiya topu), kiçik üç qramlıq "Buldoq" tapançası (bir metrdən kağız vərəqi deşə bilər), ən sürətli artilleriya topu (dəqiqədə 12 min mərmi atır), həm də hamıya yaxşı tanış olan "Kalaşnikov" avtomatı və "Makarov" tapançası var. Holoqrafik vitrinlər və proyeksiyalı mini-kinoteatrlar silahlarla tanış olmağa kömək edir.

© Sputnik / Maria SelivanovaDövlət silah muzeyi
Pryaniklər, samovarlar və silahlar şəhəri. Tulada həftəsonu - Sputnik Azərbaycan
Dövlət silah muzeyi

6. "Qədim Tula Apteki" adlı muzeydə XIX əsrdə və XX əsrin əvvəllərində şəhər sakinlərinin nəyin köməyi ilə müalicə olunduqları nümayiş etdirilir. Burada 1884-cü ildən 2011-ci ilə qədər dərmanlar satılıb. "Bina bərpa edilərək ilk sahibləri Belyavskilər ailəsinin vaxtında olduğu vəziyyətə gətirilib. Mebel, vitrinlər, çilçıraqlar nəvə-nəticələrin verdiyi sənədlərlə əsasən sifarişlə hazırlanıb", – ekskursiya rəhbəri Larisa Moskalenko deyir.

© Sputnik / Maria Selivanova“Qədim Tula Apteki” muzeyi
Pryaniklər, samovarlar və silahlar şəhəri. Tulada həftəsonu - Sputnik Azərbaycan
“Qədim Tula Apteki” muzeyi

7. Muzeyin ən məşhur eksponatı Nikolay Aldunin tərəfindən hazırlanmış qızıl nallı birədir. Zərgərlik işinə mikroskopda baxmaq olar. Bu ənənələrə hörmətdir: əvvəllər apteklərə yalnız dərman almaq üçün deyil, həm də qeyri-adi əşyalara, məsələn, spirtə salınmış heyvanlara baxmaq üçün gedirdilər.

© Sputnik / Maria SelivanovaQızıl nallı birə mikroskop altında. “Qədim Tula Apteki” muzeyi
Pryaniklər, samovarlar və silahlar şəhəri. Tulada həftəsonu - Sputnik Azərbaycan
Qızıl nallı birə mikroskop altında. “Qədim Tula Apteki” muzeyi

8. Kreml divarlarının düz yanında yerləşən "Tula Samovarları" muzeyinin iki zalında XVIII-XX əsrin eksponatları toplanıb. Yalnız metal deyil, həm də çini və tozağacı qabığından hazırlanmış eksponatlar da var. Onlardan ən böyüyünə – dekorativ eksponata – ziyarətçilər hətta daxil ola bilərlər. Bundan başqa, şəhərdə ilk samovar fabrikini tikmiş İvan və Nazar Lisitsinlərin şəxsi əşyaları və digər yerli tacirlərə — Somovlara, Malikovlara, Fominlərə, Bataşevlərə, Şemarinlərə məxsus əşyalar da saxlanılır.

© Sputnik / Maria Selivanova“Tula Samovarları” muzeyi
Pryaniklər, samovarlar və silahlar şəhəri. Tulada həftəsonu - Sputnik Azərbaycan
“Tula Samovarları” muzeyi

9. Leninin adını daşıyan əsas meydanda isə məşhur Tula pryanikinə bürünc abidə qoyulub. Şəhərin bu simvolu 1685-ci ildən bəri tanınır.

© Sputnik / Maria SelivanovaTula pryanikinə qoyulmuş bürünc abidə
Pryaniklər, samovarlar və silahlar şəhəri. Tulada həftəsonu - Sputnik Azərbaycan
Tula pryanikinə qoyulmuş bürünc abidə

10. Klassik Tula pryaniki üzərisi minalanmış və düzbucaqlı formada olur. Onun içində povidlo və ya qatılaşdırılmış süd olur. Pryanikin kütləvi istehsalı 1954-cü ildə başlayıb və Ümumittifaq Kənd Təsərrüfatı Sərgisinin açılışı ilə üst-üstə düşüb. Pryanikə həm də muzey həsr olunub. Eksponatlar arasında pryanikə fiqurlu formanın verilməsi üçün xüsusi lövhələr, müxtəlif qablaşdırma növləri, çörəkçilərin qab-qacaqları var.

© Sputnik / Maria SelivanovaTula. "Yasnaya Polyana" fabriki
Pryaniklər, samovarlar və silahlar şəhəri. Tulada həftəsonu - Sputnik Azərbaycan
Tula. "Yasnaya Polyana" fabriki

11. Tula həm də qarmonun vətənidir. Məhz burada XIX əsrin əvvəllərində Şkunayev qardaşları ev emalatxanasında ən primitiv qarmonu hazırlayıblar. Onlara Kremlin yaxınlığında Mendeleyevskaya küçəsində yerləşən "Filimon Babanın Qarmonları" muzeyində baxa bilərsiniz.

© Sputnik / Maria Selivanova"Filimon Babanın Qarmonları" muzeyində eksponatlar
Pryaniklər, samovarlar və silahlar şəhəri. Tulada həftəsonu - Sputnik Azərbaycan
"Filimon Babanın Qarmonları" muzeyində eksponatlar

12. Kolleksiyada 150-dən çox musiqi aləti var: Tula, Saratov, Orlov, Yelets, Voloqda, Nijni Novqorod qarmonları, həmçinin alman bandoneonu və konsertina. Sizə onların bəzilərində ifa etmək imkanı veriləcək.

© Sputnik / Maria Selivanova"Filimon Babanın Qarmonları" muzeyi
Pryaniklər, samovarlar və silahlar şəhəri. Tulada həftəsonu - Sputnik Azərbaycan
"Filimon Babanın Qarmonları" muzeyi

13. "Biz həm ən uzun, həm də ən kiçik — ovuc boyda olan, həm də ən gur səsli qarmonu nümayiş etdiririk. Bizim fəxrimiz isə qarmon çəkmədir", – Darqomijski adına Tula İncəsənət Kollecinin müəllimi, ekskursiya rəhbəri Nikolay Kuzmişev bildirir. Usta Semen Ştrıxunov 37 ölçülü çəkməyə yeni həyat bəxş edərək onu musiqi alətinə və incəsənət əsərinə çevirib. Onda ifa etmək üçün sağ əli çəkmənin boğazına salmaq, sol əl ilə dabandan tutub bir az dartmaq lazımdır.

© Sputnik / Maria SelivanovaQarmon çəkmə eksponatı. "Filimon Babanın Qarmonları" muzeyi
Pryaniklər, samovarlar və silahlar şəhəri. Tulada həftəsonu - Sputnik Azərbaycan
Qarmon çəkmə eksponatı. "Filimon Babanın Qarmonları" muzeyi

14. Kremldən Kazan sahili boyu paralel olaraq uzanan Metalçılar küçəsi bu yaxınlarda piyada küçəsinə çevrilib. Onu Tula Arbatı da adlandırırlar. Tikililərin böyük hissəsi XIX əsrə aid ikimərtəbəli daş evlərdir. Onların içərisində suvenir və qənnadı mağazaları, kafelər yerləşir.

© Sputnik / Maria SelivanovaTula. Metalçılar küçəsi
Pryaniklər, samovarlar və silahlar şəhəri. Tulada həftəsonu - Sputnik Azərbaycan
Tula. Metalçılar küçəsi

15. Burada həm də Sovet Oyuncağı Muzeyi yerləşir. İşarəni izləyib tağdan daxili həyətə girsəniz muzeyi görəcəksiniz. Girişdə sizi uşaq avtomobili qarşılayacaq.

© Sputnik / Maria SelivanovaSovet Oyuncağı Muzeyi
Pryaniklər, samovarlar və silahlar şəhəri. Tulada həftəsonu - Sputnik Azərbaycan
Sovet Oyuncağı Muzeyi

16. Ekspozisiya üç otağı tutur. Rəflərdə hacıyatmaz, fırfıra, yumşaq oyuncaqlar, piramidalar, stolüstü oyunlar, maskalar, mozaikalar, diafilmlər və kuklalar var.

© Sputnik / Maria SelivanovaSovet Oyuncağı Muzeyi
Pryaniklər, samovarlar və silahlar şəhəri. Tulada həftəsonu - Sputnik Azərbaycan
Sovet Oyuncağı Muzeyi
Xəbər lenti
0