BAKI, 5 mart - Sputnik. Rusiya və Türkiyə əmindirlər ki, terrorçuluqla mübarizənin zəifləməsinə imkan vermək olmaz. Bu barədə Rusiya Prezidenti Vladimir Putin bəyan edib.
Türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla 6 saatlıq danışıqlardan sonra mətbuata açıqlama verən Rusiya lideri qeyd edib ki, görüşdən öncə qurumlar arasında bir neçə raunddan ibarət məsləhətləşmələr keçirilib və əsas müzakirə mövzusu İdlib olub.
"Biz Suriyanın suverenliyinin və ərazi bütövlüyünün qorunması prinsiplərindən çıxış edirik. Həmçinin əminik ki, beynəlxalq terrorçuıuqla mübarizənin zəifləməsinə yol vermək olmaz", - Putin deyib.