Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Altı saatlıq görüşdən sonra - Müharibə təhlükəsi sovuşdumu?

© © Pavel Golovkin/Pool via REUTERSПрезидент РФ Владимир Путин и президент Турции Реджеп Тайип Эрдоган во время встречи
Президент РФ Владимир Путин и президент Турции Реджеп Тайип Эрдоган во время встречи - Sputnik Azərbaycan
Abunə olmaq
Putin bildirib ki, razılaşdırılmış sənəddə Türkiyə Prezidenti ilə danışıqların gedişində qəbul edilən qərarlar öz əksini tapıb.

BAKI, 5 mart - Sputnik. Rusiya və Türkiyə Kremldəki danışıqların yekunu olaraq Suriyada nizamlanmaya dair birgə sənədi razılaşdırıbar. Bu barədə Rusiya Prezidenti Vladimir Putin bəyan edib.

"Danışıqlarımızın nəticəsi olaraq biz birgə sənədi razılaşdırmışıq. Xarici işlər nazirləri sənədin müddəalarını açıqlayacaqlar. Sənəddə bu gün Türkiyə Prezidenti cənab Ərdoğanla 6 saatdan çox davam edən danışıqların gedişində qəbul etdiyimiz qərarlar öz əksini tapıb", - Putin deyib.

RİA Novosti sözügedən sənədin müddəalarını açıqlayıb: Üç bənddən ibarət sənəddə deyilir:

1. 6 mart gecə yarısından etibarən mövcud təmas xətti üzrə bütün hərbi əməliyyatları dayandırılsın;
2. Rusiya və Türkiyə Suriyadakı M-4 yolundan 6 kilometr şimala və cənuba təhlükəsizlik koridoru yaradrlar;
3. Rusiya və Türkiyə martın 15-dən M-4 yolu boyu birgə patrula başlayırlar.

Xəbər lenti
0