BAKI, 3 mart — Sputnik. Rusiya Prezidenti Vladimir Putin cümə günü Almaniya Kansleri Angela Merkel, Fransa Prezidenti Emmanuel Makron və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birgə görüş keçirməyi planlaşdırmır. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
O vurğulayıb ki, belə bir görüş formatı razılaşdırılmayıb.
Almaniya Kanslerinin belə bir görüşün keçirilməsini təklif edib-etməməsinə dair sualı cavablandıran Peskov bildirib: "Hələlik belə bir təklif olmayıb, amma gəlin gözləyək. Cümə axşamı Kremldə iki prezident - Putin və Ərdoğanın görüşü olacaq. Lakin hələlik cümə gününə dair bir plan yoxdur. Bundan əlavə, başqa bir plan var, bura regiona səfər də daxildir".