Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Ryazanın keşiyində - gözlü göbələklər

© Sputnik / Maksim Blinov / Mediabanka keçidВид сверху на Рязань и Рязанский кремль
Вид сверху на Рязань и Рязанский кремль - Sputnik Azərbaycan
Abunə olmaq
Ryazanın, demək olar ki, bütün qonaqları "gözləri olan göbələklər" abidəsinə baxmaq üçün şəhər parkına gedirlər. Bu göbələklər məşhur nağıl müqəddiməsini xatırladır: "Bizdə, Ryazanda gözləri olan göbələk var, onları yeyirlər - onlar isə baxırlar"

BAKI, 29 fevral — Sputnik, Vitali Kovalçuk. Sergey Yeseninin, akademik Pavlovun və desantçıların doğma yerləri. Biz Ryazan barədə başqa nə bilirik? Bura məsələn, istirahət günü gəlmək olar.

Köhnə taxta evləri olan sakit küçələrdə gəzin, ağ daşlı Kremlin ətrafında dolaşın, şəhər parkına baxın və ötən əsrin əvvəllərinin İçki İçməyənlər Cəmiyyətinin səylərini təqdir edin. Qədim şəhəri gəzərkən gözdən qaçırmayacağınız şeylər RİA Novosti-nin materialında.

Uzun müddətə tikilmiş Kreml və "qəzəbə tuş gəlmiş" kilsə

Şəhərin ürəyi güclü divarlarla deyil, XIII əsrin müdafiə sədaları ilə qorunur. Kreml üç tərəfdən çayla əhatə olunub və gur sularla haşiyələnmiş adada tamamlanır.

© Sputnik / Evgeny OdinokovRyazan şəhərində Uspensk kilsəsi və Spas-Preobrajensk kişi monastırının Uspenski kilsəsinin zəng qülləsi
Ryazanın keşiyində - gözlü göbələklər - Sputnik Azərbaycan
Ryazan şəhərində Uspensk kilsəsi və Spas-Preobrajensk kişi monastırının Uspenski kilsəsinin zəng qülləsi

Girişdə sizi XVII əsrin sonlarında şəhər əhalisinin topladığı pullarla tikməyə başladığı zəng qülləsi qarşılayır. Kostromadan dəvət olunan bir memar qüllənin birinci yarusunu tikib, sonrakı üçü isə yalnız növbəti əsrin ortalarına qədər tamamlanıb, hər bir yarusa yeni memar cavabdehlik daşıyıb.

© Sputnik / Evgeny Odinokov / Mediabanka keçidRyazanda Spas-Preobrajensk kişi monastırının Uspenski kilsəsinin zəngləri
Ryazanın keşiyində - gözlü göbələklər - Sputnik Azərbaycan
Ryazanda Spas-Preobrajensk kişi monastırının Uspenski kilsəsinin zəngləri

Yerli Uspenski kilsəsi Moskvadakına çox bənzəyir. Ağ daş oymalarındakı füsunkar çiçək naxışlarını sonsuzadək seyr etmək olar.

© Sputnik / Evgeny Odinokov / Mediabanka keçidRyazan şəhərində Uspensk kilsəsi (ön planda) və Spas-Preobrajensk kişi monastırının Boqoyavlensk məbədi
Ryazanın keşiyində - gözlü göbələklər - Sputnik Azərbaycan
Ryazan şəhərində Uspensk kilsəsi (ön planda) və Spas-Preobrajensk kişi monastırının Boqoyavlensk məbədi

Bu memarlıq şedevrinin mürəkkəb tarixi var. İnşaat 1684-cü ildə başlamış, ancaq sənətkarlar üç ilə yalnız zirzəmini (kürsülük) inşa etmişdilər. Onları başqaları əvəz etdi, amma etməsəydi daha yaxşı olardı. 1692-ci ildə demək olar ki, hazır bina çökdü. Bunun hesablamalardakı səhvlərə görə olduğu ehtimal edilir.

O dövrün məşhur memarı Yakov Buxvostovun (Narışkin üslubunun banilərindən biri) komandası məbədin inşasını və dekorasiyasını yalnız 1702-ci ildə başa çatdırdı. Kremlin ağ daşdan inşa edilmiş digər bir tikilisi "Oleq Sarayı" adlanır, amma bu, əslində yepiskop evidir. Əsas hissə ikinci mərtəbədir, bu qırmızı haşiyəsindən də dərhal gözə çarpır. İndi orada ölkəşünaslıq muzeyi yerləşir.

CC BY-SA 2.0 / Alexxx-Malev / Ryazanda Oleq Sarayı (Yepiskop evi)
Ryazanın keşiyində - gözlü göbələklər - Sputnik Azərbaycan
Ryazanda Oleq Sarayı (Yepiskop evi)

Yaxınlıqda XVII əsrin ikimərtəbəli binası, taxıl anbarı var. XIX əsrdə onu otelə çeviriblər. Yaxınlıqdakı XVII əsrə aid ikiqülləli daş məbəd - Müqəddəs Ruh Kilsəsi, təkcə Ryazan üçün deyil, bütün Rusiya üçün heyrətamizdir.

CC BY-SA 3.0 / Sergey Lemtal / Trubejnaya sahilində Müqəddəs Ruh kilsəsi
Ryazanın keşiyində - gözlü göbələklər - Sputnik Azərbaycan
Trubejnaya sahilində Müqəddəs Ruh kilsəsi

Məbəd Patriarx Nikonun ikiqülləli kilsələrin inşasını qadağan etməsindən sonra tikilib.

"Üç pəncərəli mezoninli kiçik ev"

Ryazanın ən məşhur yerli sakinlərindən biri, fizioloq və ilk rus Nobel mükafatçısı İvan Pavlovun ata evinin üzərinə bu sözlər yazılıb. Bu gün bura akademikin xatirə muzey-malikanəsinin bir hissəsidir.

CC BY-SA 3.0 / Ceroi / Ryazanda akademik Pavlovun muzey-malikanəsi
Ryazanın keşiyində - gözlü göbələklər - Sputnik Azərbaycan
Ryazanda akademik Pavlovun muzey-malikanəsi

Pavlov ailəsinin beş övladı var idi. Onların otaqları yuxarı mərtəbədə yerləşirdi, aşağıda isə atanın, din xadiminin kabinetləri, valideynlərin yataq otağı, qonaq otağı, mətbəx və yemək otağı yerləşirdi. Burada həyat şəraiti maksimal dərəcədə dəqiq qurulmuşdu.

© Sputnik / Vladimir PerventsevPavlovların evinin qonaq otağı
Ryazanın keşiyində - gözlü göbələklər - Sputnik Azərbaycan
Pavlovların evinin qonaq otağı

İvanla yanaşı, üç qardaşı da təbiət elmlərinə həvəs göstərirdi. Bunu onların otaqlarına baxanda da görmək olur: mikroskop, dərisinə saman doldurulmuş heyvanlar, içində kimyəvi maddələr olan kolbalar, kitablar. Həyətdə akademikin sevimli oyunu - şəhərcik üçün meydança var. Mülkdə kroket sahəsi, kölgəlik, alimin abidəsi də mövcuddur.

© Sputnik / Vladimir PerventsevRusiyalı fizioloq, ilk rus Nobel mükafatı laureatı İvan Petroviç Pavlovun Ryazanda heykəli
Ryazanın keşiyində - gözlü göbələklər - Sputnik Azərbaycan
Rusiyalı fizioloq, ilk rus Nobel mükafatı laureatı İvan Petroviç Pavlovun Ryazanda heykəli

"Elm Evi"ndə - Leninqrad Eksperimental Tibb İnstitutundan gətirilmiş Pavlovun köpəyinin müqəvvası və alimin elmi nailiyyətlərindən xəbər verən digər eksponatlar var.

Oyma köşk və İçki içməyənlər üçün ev

Ryazanın mərkəzində XIX əsrə və XX əsrin əvvəllərinə aid bir çox ağac tikililər qorunub saxlanılır, amma hamısı yaxşı vəziyyətdə deyil. Onlar şəhərə həqiqi rahatlıq bəxş edir.

© Photo : VK / Monastery of Our Lady of Kazan Ryazanda Kazan qadın monastrı
Ryazanın keşiyində - gözlü göbələklər - Sputnik Azərbaycan
Ryazanda Kazan qadın monastrı

Pervomayski prospektində oymalı pəncərə panjurları, haşiyələri, müxtəlif qüllələri və sütunların təqlidləri olan köşkü görməmək mümkün deyil. İndi orada uşaq bağçası var və XIX əsrin sonlarında isə beton-mozaika zavodunun sahibi, tacir Mixail Selivanov yaşayırdı.

Seminarskaya küçəsi iki taxta binası ilə fərqlənir: Ovsyannikovun yerli şair Sergey Yeseninin tez-tez ziyarət etdiyi kirayəlik binası və XIX əsrin sonlarında şəhərdə ilk fotoatelye açan Yeropkinlər ailəsinin yuvası.

© Photo : Provided by administration of RyazanRyazan - Yeni il paytaxtı 2020. Poçtovaya küçəsi
Ryazanın keşiyində - gözlü göbələklər - Sputnik Azərbaycan
Ryazan - Yeni il paytaxtı 2020. Poçtovaya küçəsi

Yeropkinlər ikinci mərtəbəni kirayə verirdilər, kirayənişinlərdən biri məmur İvan Zabela idi - rəssam Mixail Vrubelin həyat yoldaşı olmuş opera müğənnisi Nadejda Zabelanın atası. Cütlük burada iki dəfə qonaq qalıb. Son vaxtlara qədər hər iki binada yaşayış olub. Ancaq indi Ovsyannikovun evi xarabalığa çevrildiyi üçün köçürülür.

Şəhər parkındakı Zadəgan Məclisi yay klubu daha yaxşı qorunub. 1905-ci ildə Ryazan İçki İçməyənlər Cəmiyyətinin təşəbbüsü ilə şıq geyimli vətəndaşların asudə vaxtlarını mədəni və ayıq keçirmələri üçün inşa edilib.

© Sputnik / Anna StefanenkoRyazan Zadəgan Məclisi yay klubunda rəqs
Ryazanın keşiyində - gözlü göbələklər - Sputnik Azərbaycan
Ryazan Zadəgan Məclisi yay klubunda rəqs

Terrasda kiçik bir restoran və bufet işləyirdi, salonda xüsusi masalarda kart oynayırdılar. Sovet dövründə burada Pionerlər Evi yerləşirdi, indi isə vilayət xalq sənətkarlığının regional elmi-metodiki mərkəzi.

Casus-göbələk və Hava-desant Qoşunları Muzeyi

Ryazanın demək olar ki, bütün qonaqları "gözləri olan göbələklər" abidəsinə baxmaq üçün şəhər parkına gedirlər. Bu göbələklər məşhur nağıl müqəddiməsini xatırladır: "Bizdə, Ryazanda gözləri olan göbələk var, onları yeyirlər - onlar isə baxırlar".

CC BY 3.0 / Maksim Shanin / “Gözləri olan göbələklər” abidəsi
Ryazanın keşiyində - gözlü göbələklər - Sputnik Azərbaycan
“Gözləri olan göbələklər” abidəsi

XIV əsrdə göbələklər "casuslar" kimi çıxış edirdilər. Yerlilərə onları tapdalamaq və qopartmaq qadağan edilirdi. Ona görə də əgər onları korlanmış vəziyyətdə görsəydilər, başa düşürdülər ki, buradan Qızıl Orda döyüşçüləri keçib.

Ryazan Hava-desant qüvvələrinin doğulduğu yer hesab olunur.

Şəhərdə zabit-desantlar yetişdirən Qvardiya Ali Hərbi Komandanlıq Məktəbi fəaliyyət göstərir. Yaxınlıqda isə Hava-desant Qoşunları Tarix Muzeyi var.

© Photo : Provided by administration of RyazanRyazan - Yeni il paytaxtı 2020. Poçtovaya küçəsi
Ryazanın keşiyində - gözlü göbələklər - Sputnik Azərbaycan
Ryazan - Yeni il paytaxtı 2020. Poçtovaya küçəsi
Xəbər lenti
0