Fevralın 25-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfər edib.
Müxtəlif sahələrdə Azərbaycan-Türkiyə əməkdaşlığı bölgədəki siyasi və iqtisadi münasibətlər sisteminin vacib hissəsidir. Mütəxəssislərin fikrincə, Türkiyə prezidentinin Azərbaycana səfəri onlara yeni dinamika qazandıracaq.
Bakı-Ankara münasibətlərinin Qafqaz bölgəsindəki vəziyyətə təsiri Azərbaycan və Rusiya ekspertləri tərəfindən müzakirə ediləcək.
Video körpü 28 fevral 13:00-da Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçiriləcək. İştirak edəcəklər:
Bakıda:
- "Baku Network" ekspert şurasının rəhbəri, fəlsəfə doktoru Elxan Ələskərov
Moskvada:
Rusiya Diplomatları Birliyi Şurası sədrinin müavini, fövqəladə və səlahiyyətli səfir Andrey Baklanov
Əlaqə vasitələri:
Telefonlar: 404-13-84 / 85
Tədbir Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində, Mətbuat prospekti, 529-cu məhəllə, bina 23 M (4-cü mərtəbə) ünvanında keçiriləcək.