Вид на город Ханкенди, фото из архива - Sputnik Azərbaycan
QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

“Nə ABŞ, nə Rusiya Qarabağ problemini həll edə bilmir” – Ərdoğan

© © Murat Cetinmuhurdar/Presidential Press Office/Handout via REUTERSПрезидент Турции Реджеп Таййип Эрдоган, фото из архива
Президент Турции Реджеп Таййип Эрдоган, фото из архива - Sputnik Azərbaycan
Xəbərlərə abunə olun
НовостиTelegram
Türkiyə Prezidenti yenidən bəyan edib ki, Türkiyə Dağlıq Qarabağ məsələsində həmişə olduğu kimi Azərbaycanın yanındadır

BAKI, 26 fevral — Sputnik. Dağlıq Qarabağ məsələsində Azərbaycanın yanındayıq. Sputnik Azərbaycan "Hurriyet" nəşrinə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında bildirib.

"Dağlıq Qarabağ məsələsində Azərbaycanın yanındayıq. İşğal altında olan torpaqlar artıq azad olunmalı və bölgəyə sülh gəlməlidir. Bildiyiniz kimi, Minsk qrupu 25 ildir fəaliyyət göstərir. Bu yayındırma taktikası ilə nə Amerika, nə də Rusiya bu ana qədər bir həll yolu tapmayıb, həyata keçirilən ikitərəfli görüşlərdə də heç bir nəticə əldə olunmayıb", - deyə Ərdoğan vurğulayıb.

Xəbər lenti
0