Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Sovet İttifaqının sonuncu marşalı öldü

© Sputnik / Sergey Mamontov / Mediabanka keçidЭкс-министр обороны СССР Дмитрий Язов, фото из архива
Экс-министр обороны СССР Дмитрий Язов, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Yazov Azərbaycan xalqının yaddaşında 1990-cı il yanvarın 20-də Bakıda və ölkəmizin başqa bölgələrində törədilmiş qanlı cinayətlərin aparıcı icraçılarından biri kimi qalıb

BAKI, 25 fevral — Sputnik. Sovet İttifaqı marşalı Dmitri Yazov Moskvada vəfat edib. Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.

20 Yanvar Şəhidlər xiyabanı - Sputnik Azərbaycan
20 Yanvar hadisələrindən 30 il ötür

"Sovet İttifaqının Marşalı Dmitri Timofeyeviç Yazov fevralın 25-də Moskvada uzun sürən ağır xəstəlikdən sonra 96 yaşında vəfat edib", - Nazirliyin yaydığı məlumatda bildirir.

Yazov Sovet İttifaqında marşal rütbəsi verilmiş sonuncu hərbi rəis olub. O, Böyük Vətən Müharibəsi illərində göstərdiyi igidliyə görə "Qızıl ulduz" ordeninə layiq görülüb.

1987-ci ildən 1991-ci ilə qədər SSRİ-nin müdafiə naziri postunu tutub. Onun rəhbərliyi dövründə sovet qoşunları Əfqanıstan ərazisindən çıxarılıb.

Yazovun dəfni fevralın 28-də Mıtişi federal hərbi memorial qəbiristanlığında həyata keçiriləcək.

Putin SSRİ-nin dağılması səbəbini açıqlayıb

Dmitri Yazov 8 noyabr 1924-ci ildə Omsk vilayətinin Yazovo kəndində kəndli ailəsində anadan olub. 1942-ci ildə hərbi məktəbi başa vurandan sonra xidmətə yollanıb. 1942-ci ilin iyulundan 1945-ci ilin mayına qədər Voloxovsk və Leninqrad cəbhəsində tağım komandiri olub. Müharibədən sonra də hərbi karyerasını davam etdirib.

1991-ci ildə QKÇP-ni dəstəklədiyi üçün həbs olunub, sonra amnistiya əsasında azadlığa çıxıb.

Yazov Azərbaycan xalqının yaddaşında 1990-cı il yanvarın 20-də Bakıda və ölkəmizin başqa bölgələrində törədilmiş qanlı cinayətlərin aparıcı icraçılarından biri kimi qalıb.

Xəbər lenti
0