Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Azərbaycanlı müğənnilər Moskvada çıxış edən vaxt mikrofonları söndürüldü

© Photo : Instagram / hammali_Азербайджанские рэперы Александр Алиев и Наваи Бакиров (дуэт HammAli&Navai)
Азербайджанские рэперы Александр Алиев и Наваи Бакиров (дуэт HammAli&Navai) - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycanın məşhur reper dueti Rusiyada "Ən yaxşı qrup" nominasiyasının qalibi olub, lakin mükafatı aldıqları gecə oxuyarkən mikrofonları sönüb

BAKI, 25 fevral — Sputnik, Kəmalə Əliyeva. Azərbaycanlı HammAli&Navai duetinin Moskvada Rusiyanın "Novoye radio" mükafatının təqdimat mərasimində çıxışı zamanı gözlənilməz vəziyyət yaranıb. Onların mikrofonu sönüb. Lakin publika onların superhitini kütləvi şəkildə oxumağa başlamaqla cütlüyü xilas edib.

Duetin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, azərbaycanlı müğənnilər "Novoye Radio Awards" mükafatı versiyası üzrə "Ən yaxşı qrup" nominasiyasının qalibi olublar. HammAli&Navai “Qızıl su pərisi” formasında heykəlcik alıblar. Mükafatlandırma mərasimindən sonra müğənnilər öz fanatları üçün "Pryatki" hitini ifa etmək qərarına gəliblər. Lakin bu zaman gözlənilmədən onların mikrofonu sönüb. Buna baxmayaraq, publika sevimli müğənnilərini dəstəkləyərək onlarla birlikdə sözügedən mahnını ifa etməyə başlayıblar.

Təqdimat mərasimi Moskvada keçirilib. Top artistlər uzun illər ərzində mahnıları sözügedən radiostansiyanın hit-paradlarının ən yüksək pilləsində qərar tutan vokalçılar arasından seçilib. "Novoye Radio Awards" mükafatının fatehi müğənni Zivert olub. O, "Ən yaxşı artist" mükafatının, həmçinin, "Ən yaxşı sinql" və "İlin sıçrayışı" nominasiyalarının qalibi olub.

Reperlər HammAli (Aleksandr Əliyev) & Navai (Nəvai Bəkirov) bu gün bütün postsovet məkanında məşhurdurlar. Onlar Azərbaycanda anadan olsalar da, Rusiyada yaşayıb işləyirlər. 2017-ci ildə populyarlaşmağa başlayıblar. Onların ilk hiti "Tı moya ximiya" Rusiyanın ən çox dinlənilən mahnılarının TOP-20-liyinə daxil olub.

Xəbər lenti
0