Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Onunla heç bir gizli sirrimiz yoxdur – Putin

© © Sputnik / Evgeniy BiyatovПрезидент РФ Владимир Путин, фото из архива
Президент РФ Владимир Путин, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Rusiya prezidenti Vladimir Putin bildirib ki, Medvedev hökumətin istefaya göndərilməsi barədə məlumatlı olub.

BAKI, 20 fevral — Sputnik. Rusiya Prezidenti Vladimir Putin Rusiya Federal Təhlükəsizlik Şurasının sədrinin müavini Dmitri Medvedevlə olan münasibətləri barədə danışıb. Bu barədə Sputnik Azərbaycan Rusiya KİV-nə istinadən xəbər verir.

Президент РФ Владимир Путин и председатель правительства РФ Дмитрий Медведев, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya hökuməti istefaya gedir

“Hökumətin buraxılmasını Medvedevlə müzakirə etmişdinizmi?” sualına cavab olaraq Rusiya prezidenti qeyd edib ki, bu onun Rusiyanın sabiq hökumət başçısı ilə şəxsi münasibətləridir.

"Bizim Dmitri Anatoleviçlə çox açıq, səmimi və dostyana münasibətimiz var. Bizim bir-birimizdən gizli sirrimiz yoxdur. Ona görə də biz onunla bu məsələni müzakirə etmişik", - deyə Putin vurğulayıb.

O əlavə edib ki, Medvedev hökumətin istefaya göndərilməsi barədə məlumatlı olub.

Xatırladaq ki, yanvarın 15-i Baş Nazir Dmitri Medvedev Prezident Putinlə görüşdə hökumətin tam tərkibdə istefaya getdiyini açıqlayıb. Bu, Putinin Federal Məclisə müraciətindən sonra baş verib. Prezident həmin müraciətdə Konstitusiyaya bir sıra fundamental dəyişikliklər etməyi təklif edib.

Yanvarın 16-sı Rusiya Prezidenti Vladimir Putin Mixail Mişustinin Baş Nazir vəzifəsinə təsdiqlənməsi barədə Sərəncam imzalayıb.

Xəbər lenti
0