BAKI, 15 fevral — Sputnik. Rusiyanın Kabarda-Balkar Respublikasında ağır faciə baş verib.
Sputnik Azərbaycan Rusiya KİV-nə istinadən xəbər verir ki, Zalukokoaje kəndində 48 yaşlı kişi küçə itlərini qovmaq üçün havaya bir neçə dəfə atəş açıb. Amma güllələrdən biri anasının müşayiəti ilə hərəkət edən 7 yaşlı uşağın baş nahiyəsinə dəyib.
Uşaq dərhal xəstəxanaya aparılıb, onun üzərində təcili əməliyyat keçirilib. Əməliyyat zamanı onun baş nahiyəsindən 7,62 millimetr güllə çıxarılıb.
Hazırda müstəntiqlər hadisənin təfərrüatlarını araşdırırlar.