BAKI, 15 fevral — Sputnik. Ermənistanın işğal altında olan Dağlıq Qarabağ ərazisində Ermənistan vətəndaşı olan hərbçi ölüb.
Sputnik Ermənistan xəbər verir ki, hərbi hissələrinin birində ölən Ayk Asryan adlı şəxsin 23 yaşlı olub. O müqavilə əsasında xidmət edirmiş. Hərbçinin ölümünə səbəb güllə yarası olub.
Hadisə fevralın 14-ü saat 19:00 radələrində baş verib.
Yerevanda doğulan Ayk Asryanın hansı şəraitdə ölməsi məlum deyil.
Faktla bağlı araşdırma aparılır.