Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Turist üçün nağıl. Əfsanələr şəhəri necə məşhurlaşdırır - FOTO

© Sputnik / Evgeniy Biyatov / Mediabanka keçidДед Мороз в окружении своих гостей в своей резиденции в Великом Устюге
Дед Мороз в окружении своих гостей в своей резиденции в Великом Устюге - Sputnik Azərbaycan
Abunə olmaq
Təbliğ olunacaq tarixi və mədəni məkanları olmayan şəhərlərin sakinləri qeyri-adi personajlar icad edir və əfsanələr düzüb-qoşurlar.

Mariya Selivanova, RİA Novosti

BAKI, 13 fevral — Sputnik. Veliki Ustyuqda - Şaxta Baba, Mışkində - siçan, Kaşində - sıyıq. Təbliğ olunacaq tarixi və mədəni məkanları olmayan şəhərlərin sakinləri qeyri-adi personajlar icad etdilər və ya hətta əfsanələr düzüb-qoşdular. Harada ata nal vurdurmaq, yaxud Tıqıdım atını tumarlamaq, pul kisəsinə siçan qoymaq olar? Bu barədə ətraflı RİA Novosti-nin materialında.

Çapar Qavrilin qonağı olmaq

Yaroslavl vilayətində 12 uydurma nağıl personajı "qeydiyyatdadır". Onların və yerli sakinlərin bacarıqları sayəsində hər il oraya daha çox turist gəlir və yeni iş yerləri açılır.

Məsələn, Çaparlar Muzeyini ziyarət etmək üçün kiçik şəhərcik olan Qavrilov-Yama gedirlər. ""Çaparxana" sözünün mənalarından biri "poçt stansiyası" deməkdir", - yerli Xalq Sənəti Mərkəzinin əməkdaşı Qalina Bilalova bu muzeyin ideyasının necə yarandığını izah edir.

Bir vaxtlar burada yaşadığı iddia edilən çapar Qavrilin obrazındakı aktyor qonaqları evə dəvət edir. O, qədim məişət əşyalarını, qoşquları göstərir, kirşəyə, araba və ya karetaya minməyi, atlarla söhbətləşməyi təklif edir, hətta at nalı düzəltməyə kömək edir.

© Sputnik / Sergey Pyatakov / Mediabanka keçidQavrilov-Yamdakı Çaparlar Muzeyi
Turist üçün nağıl. Əfsanələr şəhəri necə məşhurlaşdırır - FOTO - Sputnik Azərbaycan
Qavrilov-Yamdakı Çaparlar Muzeyi

Böyük Rostovda ziyarətçilər Qurbağa Şahzadəsinin Muzeyinə göndərilirlər. Oğlanlara fərasət sınağından keçmək, yayla ox atmaq təklif edilir, qızlara hörgü hörmək öyrədilir. Suvenirləri özünüz düzəldə - maqnit hissəciklərindən qurbağa yığıb rəngləyə bilərsiz.

Kokuboy kəndindəki nağıl muzeyində qonaqları bər-bəzəkli qız - bacarıqlı Mariya qarşılayır. Uşaqlardan rus nağıllarının qəhrəmanı Baba Yaqaya gələn məktubları, müxtəlif əl işlərini nümayiş etdirir, muzeyin yaranma hekayəsini danışır. Küpəgirən qarı özü və köməkçisi Lesovik yaxınlıqdakı meşədə toyuq ayaqlarının üzərində əsl daxma qurmaqla məşğul olur.

© Sputnik / Sergey Pyatakov / Mediabanka keçidQavrilov-Yamdakı Çaparlar Muzeyi
Turist üçün nağıl. Əfsanələr şəhəri necə məşhurlaşdırır - FOTO - Sputnik Azərbaycan
Qavrilov-Yamdakı Çaparlar Muzeyi

Kokuboyda əfsanəvi qəhrəmanların yaşayış yerlərinə və Yaroslavl ayısı Mixaylo Potapoviçin Meşə iqamətgahına qədər olan məsafəni göstərən yol nişanları var. Heyvan libasında olan artist kəndir dartma, oxatma, çuvallarla döyüş yarışlarını keçirir.

Rıbinsk rayonunun Yermakovo kəndinin sakinləri hesab edirlər ki, Çil toyuq qızıl yumurtanı məhz bu kənddə yumurtlayıb. Hətta muzey təşkil ediblər. Onun ekspozisiyasını kəndli paltarları, qədim qab-qacaq, mətbəx avadanlıqları, yun əyirmək üçün iy, ox, güzgü, müxtəlif materiallardan düzəldilmiş toyuq fiqurları təşkil edir.

Tıqıdım atı və Sivka-Burka, Poşexon rayonunda turistlər üçün yaradılmış Tıqıdım kəndində məskunlaşıblar. Burada qonaqlar Nujnik (Ayaqyolu) Muzeyini ziyarət etməyə və Rusiyada tualetlərin yaranma tarixini öyrənməyə dəvət olunurlar. XIX əsrin kənd "supermarketi"ndə hesab aparmağı, malları tərəzi ilə çəkməyi və piştaxtanı anbardan gətirilən kitablarla doldurmağı, ətirli ot bağlamaları ilə bəzəməyi öyrənə bilərsiniz.

Pul kisəsində siçan

Mışkində siçanların hörməti o qədər böyükdür ki, hətta ona muzey həsr ediblər. Burada qonaqlara XII əsrdə yaşamış knyaz Fyodor Mstislavskinin hekayəsi danışılır.

Rəvayətə görə, knyaz Volqa sahilində dincəlmək üçün yatarkən bir siçan onun üzünə dırmaşdığı üçün oyanır. Knyaz əvvəl qəzəblənir, sonra ona yaxınlaşan zəhərli ilanı görəndə başa düşür ki, əgər gəmirici onun üzünə dırmaşmasaydı, ilan onu vuracaqdı. Zadəgan siçan tərəfindən həyatının xilas edildiyi bu yerdə bir kilsə tikməyi əmr edir.

© Sputnik / Vladimir Vyatkin / Mediabanka keçidMışkin şəhərində maarifləndirici turizm kompleksi - Siçan sarayı
Turist üçün nağıl. Əfsanələr şəhəri necə məşhurlaşdırır - FOTO - Sputnik Azərbaycan
Mışkin şəhərində maarifləndirici turizm kompleksi - Siçan sarayı
"Əvvəlcə bir əfsanə var idi, sonra dünyanın yeganə siçan muzeyi meydana gəldi. Hər yerdən qonaqlar gəldilər, otellər və kafelər açıldı, üzərində gəmiricinin təsviri olan müxtəlif əşyalar satılmağa başlandı. Ən məşhur suvenir pul cəlb etmək üçün nəzərdə tutulan "pul kisəsi siçanı"dır", - deyə yerli turizm məlumat mərkəzinin rəhbəri Svetlana Alekseyeva bildirir.

Belə çıxır ki, siçan indi də hər kəsə kömək edir, çünki şəhər sakinlərinin üçdə biri turizm sektorunda çalışır.

Şaxta babalar harada yaşayırlar

32 min əhalisi olan Veliki Ustyuq şəhərini keçən il 400 min səyyah ziyarət edib.

Şaxta Baba bütün qonaqlarını öz palatasına Yeni il açıqcalarına baxmağa, ətrafdakı mənzərəli meşəni gəzməyə dəvət edir. Onun poçtuna bağlama göndərə, dəmirçixanaya və zooparka baş çəkə, qoşquya qoşulmuş şimal marallarının kirşəsində gəzə bilərsiniz.

Burada müxtəlif dövrlərə aid Yolka ağacının bəzənməsi üçün nəzərdə tutulan oyuncaqlar muzeyi də var.

1/4
Mışkində Siçan muzeyi
© © Sputnik / Sergey Pyatakov
Siçan muzeyi yaxınlığında suvenir satışı - Sputnik Azərbaycan
2/4
Siçan muzeyi yaxınlığında suvenir satışı
© © Soutnik / Artem Jitenev
Şaxta Babanın iqamətgahında poçt əməkdaşları - Sputnik Azərbaycan
3/4
Şaxta Babanın iqamətgahında poçt əməkdaşları
© © Volgograd Information Center
Veliki Ustyuqda Şaxta Babanın ad günü - Sputnik Azərbaycan
4/4
Veliki Ustyuqda Şaxta Babanın ad günü
1/4
Mışkində Siçan muzeyi
2/4
Siçan muzeyi yaxınlığında suvenir satışı
3/4
Şaxta Babanın iqamətgahında poçt əməkdaşları
4/4
Veliki Ustyuqda Şaxta Babanın ad günü

"Son illərdə şəhərdə onlarla kafe və restoran meydana gəlib. Özəl otellərin inşasında xüsusi bum yaşanır. Yüzlərlə iş yeri açılır", - deyə Voloqda vilayətinin Mədəniyyət və Turizm İdarəsindən bildiriblər.

Kaşindəki sıyıqdan dadmalı

"Kaşa " (sıyıq) brendi bir tərəfdən Kaşin üçün çox məntiqidir, digər tərəfdən də onu sakinlər dərhal qəbul ediblər. Axı, şəhərin adı əslində fin-uqor dillərindəki "kaşina" - qamışlarla böyüdülən çay - sözündən əmələ gəlib", - deyə sıyıq və sıyıq ənənəsi muzeyinin ekspozisiyasının müəllifi Aleksey Stolyarov bildirib.

2014-cü ildə açılan muzey Rusiyada sıyıqların necə hazırlandığını və yeyildiyini izah edir. Hər il sıyıq festivalı keçirilir. Yerli kafe və restoranlar bu yeməyi orijinal reseptlərlə hazırlamağa çalışırlar.

"Turistlərin sayı nəinki getdikcə daha da artır, həm də onların tərkibi dəyişir. Əvvəllər əksər ziyarətçilər müqəddəs Anna Kaşinskayanın qəbrinə səcdə etmək üçün gəlirdilər. İndi isə gələnlər arasında uşaqlı ailələrin sayı çoxalıb", - Stolyarov bildirir.

Bu necə işləyir

Səyyahların diqqətini uydurulmuş brendlərə cəlb etmək üçün bir neçə şərtə əməl etmək lazımdır.

© Sputnik / Aleksandr Yurev / Mediabanka keçidŞaxta Babanın Veliki Ustyuqdakı daxması
Turist üçün nağıl. Əfsanələr şəhəri necə məşhurlaşdırır - FOTO - Sputnik Azərbaycan
Şaxta Babanın Veliki Ustyuqdakı daxması

Birincisi, şəhər nə iləsə və kiminləsə dəqiq assosiasiya doğurmalıdır (məsələn, Qar qızlı qonaq evi ilə).

Uğursuz nümunə də var. "19-cu əsrdə Şuya sabunu çox məşhur idi. Şuyanı turistlərə "sabun paytaxtı" kimi təqdim etmək cəhdləri bu günə qədər uğursuz olub. Çünki şəhər qonaqlarda belə bir assosiasiya doğurmur. Baxmayaraq ki, sabun muzeyi var və festival keçirilir", - deyə böyük turizm operatorunun ekskursiya direktoru Svetlana Potapova bildirir.

İkincisi, brend pozitiv olmalıdır. "Əgər söhbət hətta od püskürən əjdahadan getsə belə, o, mehriban və ya istehzalı olmalıdır", - deyə ekspert əlavə edir.

Üçüncüsü, yerli koloriti nəzərə almalısınız. Beləliklə, nağıl və əfsanələrdən olan qəhrəman qədim şəhərdə daha yaxşı kök salacaq, müasir şəhərdə isə başqa ideyalar axtarmaq lazımdır.

Xəbər lenti
0