Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Növbəti "müharibə" Polşa ilə olacaq – yanacaq üstündə

© AP Photo / Czarek SokolowskiKatoviçada şaxtaçı, arxiv şəkli
Katoviçada şaxtaçı, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Polşa Rusiyadan kömür almayacağını, eləcə də qaz idxalı üzrə yeni müqavilə imzalamayacağını deyib. Rusiya isə məsələ ilə bağlı sükutu saxlayaraq, heç bir bəyanat vermir.

BAKI, 10 fevral — Sergey Savçuk, Sputnik. Çindəki koronavirusla bağlı süni şəkildə şişirdilən gərginliyi bir kənara qoysaq, ötən həftə gündəmin əsas mövzusu Rusiya və Belarus arasında qaz tədarükü və neft tranziti ilə baş vermiş növbəti çəkişmə olub. İlin əvvəlindən etibarən Minsk birmənalı olmayan mövqe tutaraq, əlavə imtiyazlar əldə etməyə çalışıb və Rusiyanın neft sektorunu əhatə edən vergi islahatının nəticələrini qəbul etməkdən imtina edib. Soçidəki görüşdə isə yığılmış bütün fikir ayrılıqları tam həll edilməsə də, onları parçalara ayırıb qismən gündəmdən çıxartmaq mümkün olub.

Bu arada, Polşadan da xəbərlər gəlməyə başlayıb. Məsələn, Polşa Baş Nazirinin müavini Yatsek Sasin (Jacek Sasin) yerli "RFM24" nəşrinə müsahibəsində bəyan edib ki, ölkəsi artıq Rusiyadan kömür almayacaq. Bu qərar Polşanın "Avqust 80" kömür sənayesi həmkarlar ittifaqının nümayəndələrin Sileziya bölgəsindəki "Laziska" elektrik stansiyasının yaxınlığından keçən dəmir yolu xəttini bağlamasından sonra qəbul edilib. İttifaqın üzvləri bildiriblər ki, dövlət Rusiya kömürünü almaqdan imtina etməsə, onlar fevralın 17-də xəbərdarlıq tətilinə başlayacaqlar və bu da dövləti hərəkətə keçirməsə, şaxtaçılar ayın 28-də paytaxta gələcək və marşla birbaşa Seymə gedəcəklər.

Печь Джейран - Sputnik Azərbaycan
CƏMİYYƏT
Paytaxtın məşhur qəsəbəsinə qaz verildi

Yaranmış vəziyyəti anlamaq üçün bütövlükdə Polşa energetikasının strukturunu və onun xüsusilə kömürdən qarşılıqlı asılılığını başa düşmək lazımdır.

Polşanın bütün tarixi, onun inkişafı və müasir təşəkkülü məhz kömürlə ayrılmaz şəkildə bağlıdır. Ölkə ərazisi kömürlə olduqca zəngindir və buna görə də təəccüblü deyil ki, energetikada əsas diqqət yanacağın bu növünə yönəldilib – çünki o, əl altındadır və ucuzdur. Və əgər, məsələn, Almaniyada qonur kömür (liqnit) üstünlük təşkil edirsə, Polşanın yeraltı sərvətlərindən həm də daş kömür əldə etmək mümkündür. Daş kömürü iki ərazidə çıxarmaq olar: Sileziya və Lublində. Özü də ehtiyatların 67 faizini enerji məqsədli kömürlər təşkil edir, qalan ehtiyatlar isə kokslaşan markaların payına düşür.

Qonur kömür ölkənin bütün ərazisi boyu yayılıb və bu gün polşalılar təxminən 30 kömür yatağını işlədirlər. Ən böyük yataqlar Adamuv, Konin, Belxatuv, Turuv və Leqnitsa şəhərləri ərazisindədir.

Köhnə Dünya ölkələrinin ekologiya ilə bağlı narahatlıqların təzyiqi altında kömürün hasilatı və istifadəsindən imtina etdiyi bir vaxtda, Polşa hətta bunu təqlid etməyə çalışmır. BMT-nin ekologiya məsələləri üzrə dekabrda baş tutmuş sammitində Varşava Baş nazir Mateuş Moravetskinin dili ilə öz mövqeyini birmənalı şəkildə bildirib. Kömür ölkənin enerji təhlükəsizliyinin əsasında dayanır və ondan imtina etmək üçün heç kiçik də bir imkan yoxdur: nə maliyyə, nə də sırf texniki baxımdan. Bu mövqenin pozulmaz olduğunu nümayiş etdirmək üçün Polşa sammitin başlanmasından bir qədər əvvəl Zloçev (Zloczew) şəhərciyində təntənəli şəkildə yeni qonur kömür yatağını açıb. Yataq o qədər böyükdür ki, onun işə salınması üçün hətta 3 min ailəni başqa yerə köçürtmək lazım olub.

Varşavanın seçimi tamamilə başa düşüləndir. 2018-ci ildə Polşanın ümumi enerji generasiyası strukturunun 50 faizi kömürün payına düşüb. Elekrtik enerjisi sektorunda isə hər il istehsal olunan 825 teravatt-saat enerjidən kömürün payına 80 faiz düşür.

Şimal axını – 2 qaz kəmərinin tikintisi - Sputnik Azərbaycan
RUSİYA
Rusiya "Şimal axını-2" qaz kəmərini özü tikib başa çatdıracaq – ekspert

Rəqəmlərdən bir az da danışaq. "Eurostat" statistika idarəsinin son məlumatları göstərir ki, 2017-ci ildə polşalılar öz qazanxanalarında və zavodlarında 73,8 milyon ton kömür yandırıblar. Bu həmin dövrdə ikinci yeri tutan Almaniyanın yandırdığından 20 milyon ton çoxdur. Hasilat üzrə də Polşa hamıdan irəlidədir: bütün Avropa hasilatının 65,4 milyon tonu və 82 faizi

Hələ iki il əvvəl Polşanın kömür idxalının və ixracının həcmi demək olar ki, bərabər idi. Yerli kömür hasilatçıları xaricə orta hesabla ildə 10 milyon ton kömür satırdılar və ölkəyə xaricdən – yəni Rusiyadan, Avstraliyadan, Mozambikdən və əlbəttə ki, ABŞ-dan təxminən bu həcmdə kömür gətirilirdi. Bu sxem həm polşalı mədənçiləri işlə təmin edirdi, həm də sənayenin bu və ya digər sahəsində müəyyən kömür markalarına olan ehtiyacı ödəyirdi.

Lakin 2018-ci ildə Polşa hökuməti təxminən 20 milyon ton kömür idxal edib və xaricdən kömür alışını kəskin şəkildə artırıb. 2019-cu ilin doqquz ayının nəticələrinə görə, 12,3 milyon ton kömür alınıb ki, bunun da 8 milyonu Rusiyadan tədarükün payına düşüb. Beləliklə, hökumət mümkün uzunsürən soyuqlardan özünü sığortalayıb. Amma payız bitdi, onu anormal isti qış əvəz etdi və kömürlə çalışan istilik elektrik stansiyalarının anbarlarında külli miqdarda istifadə olunmayan kömür yığıldı. Təbii ki, xaricdə də heç kimə Polşanın kömürü lazım olmadı. Yəni sileziyalı mədənçilər işsiz qaldılar.

Və tapın görək bu vəziyyətdə kimin günahkar bildilər. Cavab düzdür — Rusiyanı.

Hakim "Hüquq və ədalət" partiyası kömürçülərin güclü həmkarlar ittifaqı ilə üz-üzə gəlməkdən açıq-aşkar çəkinərək bütün gücü ilə kömür idxalı ilə məşğul olan "PGE" və "Tauron" dövlət şirkətlərinin üzərinə şığıdı. Onlara Rusiyadan kömür almaq qadağası qoyuldu. Maraqlıdır ki, qadağa yalnız Rusiya kömürünü əhatə edir, Amerika və Avstraliyadan tədarük haqqında isə bir söz də deyilmir.

Günəşli platforması, arxiv şəkli - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Prezident: "Neft-qaz sektoru onilliklər ərzində Azərbaycanın aparıcı sektoru olacaq"

Bu xəbər, əlbəttə ki, rusiyalı kömürçüləri o qədər də sevindirməyəcək, xüsusilə nəzərə alsaq ki, onlar ötən ili mənfi hasilat və satış tendensiyası ilə başa vurublar. Lakin, bəlkə də, bu kömürün daha dərin emalı, onun zənginləşdirilməsi və kömür laylarından metan hasilatı məqsədi ilə yerli kömür sənayesinin yenidən qurulması üçün bir başlanğıc nöqtəsi olacaq.

Bundan başqa, iki ölkə arasındakı münasibətlərdə daha bir mühüm hadisəni yada salmasasaq, bugünkü söhbətimiz tam olmaz. Mayın 18-də Polşaya "Yamal" qaz kəməri ilə qaz tədarükü haqqında müqavilənin müddəti başa çatır. Varşava dəfələrlə bəyan edib ki, yeni müqavilə ona lazım deyil, çünki o, bütün ehtiyaclarını Amerikadan gələn maye təbii qazın köməyi ilə ödəmək niyyətindədir. Rusiyanın "Qazprom" şirkəti isə məsələ ilə bağlı sükutu saxlayaraq, heç bir bəyanat vermir. İki tərəfin 32 milyard kubmetr gücündə olan qaz magistralını sadəcə bağlayacaqları ehtimalı azdır. Buna görə də bu sükutu, eləcə də Polşanın qəsdən səsləndirdiyi gur bəyanatları döyüş öncəsi sakitlik kimi görə bilərik. Bu döyüşdən əvvəl hər bir tərəf gücünü toplayaraq rəqibin mümkün gələcək gedişlərini hesablayır.

Belarus gündəmdən düşən kimi onun yerini dərhal Polşa tutacaq. Bu diplomatik sambonun gərginliyi isə xeyli yüksək olacaq.

Xəbər lenti
0