BAKI, 9 fevral — Sputnik. Azərbaycanda bu gün vacib ictimai-siyasi hadisə yaşanır. Ölkə vətəndaşları qanunverici orqan - Milli Məclisin üzvlərini seçirlər. Növbəti beş ildə onlar hökumətin ölkənin inkişafına və çiçəklənməsinə yönəlmiş siyasətini formalaşdıracaqlar.
Bu hadisəyə təkcə respublikamızda maraq göstərmirlər. Mərkəzi Seçki Komissiyasında 883 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib ki, bunlar 58 ölkənin vətəndaşlarıdır. Yerli müşahidəçilərin sayı 77 790 nəfərdir. Onlardan 35152-si siyasi partiyaların müşahidəçiləridir.
Sputnik Azərbaycan-ın xüsusi hazırladığı infoqrafikada oxucuların seçkilərin gedişi, seçicilərin aktivliyi ilə onlayn rejimdə tanış olmaq imkanı olacaq.