Математика - Sputnik Azərbaycan
İNFOQRAFİKA
Aktual məsələlərin gözəl dizaynda təqdimatı

Azərbaycan mobil internet reytinqində

Abunə olmaq
Azərbaycan ötən il mobil internetin sürətinə görə dünya ölkələrinin ilk yüzlüyündə qərarlaşıb, postsovet məkanında isə Baltikyanı respublikalardan və Moldovadan geri qalır

2019-cu ildə dünyada ən sürətli mobil internetə malik TOP-10 ölkənin siyahısına Cənubi Koreya, Qətər, Norveç, BƏƏ, Avstraliya, Kanada, Niderland, Xorvatiya, Çin, İsveçrə daxil olub. Azərbaycan qlobal reytinqdə 59-cu yeri tutub.

Postsovet məkanında isə ölkəmiz öz mövqeyini Pribaltika ölkələrinə və Moldovaya güzəştə gedib. Bununla belə, Azərbaycanda mobil internetin keyfiyyəti Ermənistan, Gürcüstan, Ukrayna, Rusiya, Qazaxıstan, Belarus, Tacikistan və Özbəkistandan yaxşıdır.

Ölkəmizdə internet provayderlərinin göstərdiyi xidməti ucuz adlandırmaq olmaz. Özbəkistan və Tacikistan istifadəçiləri üçün də qlobal virtual şəbəkənin xidmətləri bahadır. Digər ölkələrdə isə internet tarifləri ucuzdur.

Mobil internetin 2019-cu ildəki qlobal reytinqi, postsovet ölkələrində və dünyada mobil internetin sürəti ilə bağlı Sputnik Azərbaycan-ın infoqrafikasında ətraflı tanış ola bilərsiniz.

Xəbər lenti
0