Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Qaydalar dəyişdi: Sərhəddən nağd pul keçirərkən diqqətli olun

© Sputnik / Ruslan Krivobok / Mediabanka keçidРублевые купюры, фото из архива
Рублевые купюры, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Məbləği 100 min dollardan çox olan vəsaiti sərhəddən keçirərkən o, nəinki bəyan edilməli, həm də onun mənşəyi bildirilməlidir

BAKI, 4 fevral — Sputnik. Avrasiya İqtisadi Birliyi (AİB) ölkələrində sərhəddən nağd pul keçirmənin yeni qaydaları qüvvəyə minib.

Sputnik Azərbaycan Rusiyanın Federal Gömrük Xidmətinə istinadən xəbər verir ki, yeni qaydalar fiziki şəxslərə aiddir.

Belə ki, məbləği 100 min dollardan çox olan vəsaiti sərhəddən keçirərkən o, nəinki bəyan edilməli, həm də onun mənşəyi bildirilməlidir.

Federal Gömrük Xidmətində deyiblər ki, bu tələb həmçinin sonradan nağdlaşdırıla bilən çeklərə, veksellərə və adsız qiymətli kağızlara aiddir.

Vəsaitin mənşəyini təsdiqləmək üçün konversiya əməliyyatlarına, hesabdan pul vəsaitinin çıxarılmasına və ya kreditin alınmasına dair bank sənədləri, eləcə də mülki-hüquqi əməliyyatları (məsələn, vəsaitin miras qoyulmasını və ya hədiyyə edilməsini) təsdiqləyən sənədlər təqdim edilməlidir.

Avrasiya İqtisadi Komissiyası yeni qaydalar haqqında qərarı keçən ilin avqustunda qəbul edib. Sözügedən dəyişikliklər terrorçuluğun maliyyələşdirilməsində və ya cinayət yolu ilə əldə olunan gəlirlərin leqallaşdırılmasında istifadə edilə biləcək pul vəsaitlərinin hərəkətini dayandırmaq üçün nəzərdə tutulub.

Hazırda beş ölkə - Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan və Ermənistan AİB-ə üzv ölkələrdir.

Xəbər lenti
0