Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Lavrov Çavuşoğlu ilə İdlibdəki son durumu müzakirə etdi

© REUTERS / ALEXANDER DRAGOМинистр иностранных дел России Сергей Лавров
Министр иностранных дел России Сергей Лавров - Sputnik Azərbaycan
Abunə olmaq
"Nazirlər Suriya böhranının siyasi-diplomatik vasitələrlə genişmiqyaslı həllinə alternativ olmadığını bir daha qeyd ediblər", - məlumatda deyilir

BAKI, 3 fevral — Sputnik. Rusiya Federasiyası Xarici İşlər naziri Sergey Lavrov türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə telefonla danışaraq Suriyadakı sülh prosesini, eləcə də İdlibdəki vəziyyəti müzakirə ediblər.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, bu barədə Rusiya XİN-in yaydığı məlumatda deyilir. 

Türkiyə Müdafiə Nazirliyi bu gün məlumat yayaraq bildirib ki, İdlibdə Suriya hökumət qüvvələrinin atəş açması nəticəsində altı türk hərbçi şəhid olub. Prezident Rəcəb Tayyip Ərdoğan bəyan edib ki, ölkəsi SƏR ordusunun hücumlarını cavabsız qoymayacaq.

"Tərəflər Suriya sülh prosesinin gedişini kompleks nəzərdən keçirərək İdlibdəki situasiyaya xüsusi diqqət ayırdılar. İkitərəfli razılaşmaların, ilk növbədə Rusiya və Türkiyə prezidentlərinin 2018-ci il sentyabrın 17-də Soçidəki görüşünün nəticələrinə əsasən əldə edilən razılaşmaların sözsüz yerinə yetirilməsinin vacibliyi bir daha vurğulandı. Bu kontekstdə mötədil müxalifətin və terrorçu elementlərin tezliklə aralaşdırılmsı, dinc sakinlərə və Suriya silahlı qüvvələrinə qarşı hər-hansı təxribatın dərhal dayandırılmasının vacibliyi qeyd olundu", - XİN-in yaydığı məlumatda deyilir.

Rusiya və Türkiyə XİN rəhbərləri eləcə də Astana prosesinin qarant ölkələrinin "quruda" vəziyyətin normallaşdırılması məqsədilə növbəti praktiki addımlarını və Konstitusiya komitəsinin səylərinə kömək göstərilməsi məsələsini müzakirə ediblər.

"Nazirlər Suriya böhranının siyasi-diplomatik vasitələrlə genişmiqyaslı həllinə alternativ olmadığını bir daha qeyd ediblər", - məlumatda deyilir.

Xəbər lenti
0