Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Qayalara çapılmış tarix. Krım məbədləri nə ilə məşhurdur? - FOTO

© Sputnik / Aleksander AndreevЦерковь светлого Христова Воскресенья в Крыму
Церковь светлого Христова Воскресенья в Крыму - Sputnik Azərbaycan
Abunə olmaq
Əfsanəyə görə, bu yerdə bir çoban Məryəm Ananın ikonasını tapır. Müqəddəs əşyanın yerini bir neçə dəyişməyə cəhd göstərsələr də, o hər dəfə möcüzəvi şəkildə geri qayıdıb

BAKI, 3 fevral — Sputnik, Qalina Sokolova. Krım məbədləri adətən qeyri-adi görünüşə malikdir - onları qayalarda tikir, ya da elə birbaşa qayaların içində çapırdılar. Bir çoxu inqilab, müharibələr və sovet vaxtı zədələnib, ancaq yenə də çoxunu qoruyub bərpa eləmək mümkün olub.

Yarımadanın maraqlı məbədlərilə RİA Novosti-nin yazısında tanış ola bilərsiniz.

Xersonesdə yeraltı məbəd-mavzoley

Bu məbəd Xersonesdə - Krımın cənub-qərb sahilindəki Qədim Yunan şəhərində - ən birinci xristian memarlıq abidəsi hesab edilir. Arxeoloqlar onun dəqiq yaşını deməyə çətinlik çəkirlər, amma təxmin edirlər ki, V əsrdə tikilib.

Alimlər təyin ediblər ki, orada yeraltı (VI-VII əsrlər) və yerüstü (XII-XV əsrlər) məbədlər olub. Onları birləşdirən pilləkənin bir hissəsi və üst tikilinin bünövrəsi qalıb.

Sovet arxeoloqu Anatoli Yakobson hesab edirdi ki, yeraltı hissədə, olsun ki, tanınmış şəhərli dəfn edilib. O, həmçinin istisna etməyib ki, bu yerləri IV əsrdə Krımın maarifçilərindən olan Xersonesli Vasili ziyarət edib. Rəvayətə görə, bu müqəddəs adam yerli knyazlardan birinin oğlunu dirildib. 309-cu ildə Xersonesli Vasilini Roma imperatoru Maksimilian Qalerinin əmri ilə tutaraq ölənədək dəyənəklə döyüb, daş-qalaq ediblər.

Qədim məbəd "Tavriya Xersonesi" qoruq-muzeyinin ərazisində yerləşir. Buraya ekskursiya ilə, ya da elə müstəqil olaraq da gəlmək olar. Təcrübəli səyahətçilər bunun üçün bütöv bir günü ayırmağı məsləhət görürlər.

Bağçasarayda Uspeniye kişi monastırı

Məryəm Dərə vadisinin yamacında Rusiyanın ən qədim və Krımda ən çox rəğbət bəslənən monastırlarından biri yerləşir. Onun tarixi rahiblərin IX əsrdə birbaşa qayanı yarıb kilsə inşa etmələri ilə başlayır (bu günümüzədək qalır).

© Sputnik / Aleksander AndreevUspeniye kilsəsi
Qayalara çapılmış tarix. Krım məbədləri nə ilə məşhurdur? - FOTO - Sputnik Azərbaycan
Uspeniye kilsəsi

Əfsanəyə görə, bu yerdə bir çoban Məryəm Ananın ikonasını tapır. Müqəddəs əşyanın yerini bir neçə dəyişməyə cəhd göstərsələr də, o hər dəfə möcüzəvi şəkildə geri qayıdır. İkona elə hazırda da Müqəddəs Məryəm ananın vəfatı kilsəsində yerləşir. Minlərlə inanclı ona pənah gətirir.

XX əsrin əvvəllərində monastırda bir neçə bina tikib, yaşayış korpuslarını, o cümlədən baş rahibin evini və ziyarətçilərin hücrələrini abadlaşdırıblar. Ancaq 1921-ci ildə sovet hökuməti hər şeyi bağlayıb, din xadimlərinin çoxunu isə güllələyib.

Böyük Vətən Müharibəsi illərində burada hospital, sonra isə psixonevroloji dispanser yerləşib. 1993-cü ildə monastırı kilsəyə qaytarıblar.

Buraya da ekskursiya ilə və ya təkbaşına gəlmək olar. Burada dress-kod gözlənilməlidir: kişilər şortikdə deyil, şalvarda olmalı, qadınlar isə yubka geyməli, başlarını və çiyinlərini örtməlidirlər.

Simferopolda Müqəddəs Konstantin və Yelena kilsəsi

Simferopolun ilk pravoslav məbədini 1787-ci ildə, Krım Rusiya imperiyasının tərkibində olanda tikiblər.

© Sputnik / Aleksander AndreevMüqəddəs Konstantin və Yelena kilsəsi
Qayalara çapılmış tarix. Krım məbədləri nə ilə məşhurdur? - FOTO - Sputnik Azərbaycan
Müqəddəs Konstantin və Yelena kilsəsi

Bu hadisədən iki il öncə alay komandiri Boris Tatişşev tatarlardan birinə məxsus olan evi alıb, II Yekaterina gələnədək isə onun yerində bu kilsə tikilib. İmperatriçə məbədi ziyarət edib, sonra isə lazımi əşyalar və xidmətçilər üçün geyim hədiyyə edib.

Sovet hakimiyyəti dövründə bir hissəsi uçmuş kilsədə aeroklub, VVAQ şöbəsinin arxivi yerləşib. Sonra uzun müddət məbəd boş qalıb. 1991-ci ildən isə yenidən pravoslav məbədi kimi fəaliyyət göstərir.

Müqəddəs Konstantin və Yelena kilsəsini ziyarət Krım paytaxtının ekskursiyalarının mütləq elementlərindəndir. Təəssüf ki, burada günümüzə çatan tarixi abidələrin sayı çox azdır. 

Kosmo-Damianov monastırı və şahzadə Alekseyin Aluşta yaxınlığındakı vannası

Monastır 1856-cı ildə Aluştadan 20 km aralıda tikilib. Buraya çar ailəsi tez-tez gələrmiş. II Aleksandr və xanımı Mariya Fyodorovna meşədəki evdə iki dəfə qonaq olublar - çar burada ov etməyi sevərmiş.

© Sputnik / Aleksander AndreevKosmo-Damianov kişi monastırı
Qayalara çapılmış tarix. Krım məbədləri nə ilə məşhurdur? - FOTO - Sputnik Azərbaycan
Kosmo-Damianov kişi monastırı

Onun oğlu II Nikolay arvadı və uşaqları ilə birlikdə buraya altı dəfə gəlib. Romanovlar sülaləsinin sonuncu imperatoru buraya həmçinin oğlu Alekseyi müqəddəs bulağa salmaq üçün gəlirmiş. Hesab edilir ki, bundan sonra şahzadənin halı yüngülləşirmiş (o, hemofiliyadan - qanın qatılaşmasının pozulduğu genetik xəstəlikdən əziyyət çəkirmiş).

Deyirlər ki, bulağın suyu müqəddəs Kosma və Damianın duaları sayəsində müalicəvi əhəmiyyətə malikdir. Alimlər müəyyənləşdiriblər ki, onun tərkibində gümüş, vanadium, litium, silisium var.

"Kim ki inancla gəlir, o, şəfa tapır", - rahiblər deyirlər.

Romanovlar sülaləsi həmişə monastıra hamilik edərək köməklik göstərib. Məsələn, imperatorun sərəncamı ilə təsərrüfat işləri aparılması üçün 40 hektar meşə sahəsi ayrılıb.

© Sputnik / Aleksander AndreevKosmo-Damianov monastırında ibadətgah
Qayalara çapılmış tarix. Krım məbədləri nə ilə məşhurdur? - FOTO - Sputnik Azərbaycan
Kosmo-Damianov monastırında ibadətgah

Orada çəmənlik və bağ da olub. Armud ağacları hələ də bar verir, baxmayaraq ki, artıq yaşları yüzü haqlayıb.

Sovet hakimiyyəti vaxtı monastır ciddi ziyan görüb. Binanın böyük hissəsini özülün üstündə XIX əsrdə yenidən tikiblər. İlkin formasını ancaq ibadətgah saxlayıb, onu Romanovlar evinin üç yüz illiyi münasibətilə 1913-cü ildə inşa ediblər.

Kosmo-Damian monastırına maşınla getmək daha asandır. Əyri-üyrü dağ yolu Krım təbiət qoruğundan keçir. Pəncərədən təbiəti seyr etmək, bəxtin gətirərsə, maralları, yaxud da qabanları müşahidə etmək olar.

Forosda Müqəddəs Məsihin Dirilişi kilsəsi

1892-ci ildə birinci gildiya taciri Aleksandr Kuznetsov III Aleksandr və bütün çar ailəsinin 1888-ci ildə Krımdan Peterburqa gedən qatarda qəzadan sağ qurtulmaları münasibətilə tikdirib.

© Sputnik / Aleksander AndreevKrımda Müqəddəs Məsihin Dirilişi kilsəsi
Qayalara çapılmış tarix. Krım məbədləri nə ilə məşhurdur? - FOTO - Sputnik Azərbaycan
Krımda Müqəddəs Məsihin Dirilişi kilsəsi

Kuznetsov məbədin planını fikirləşəndə artıq vərəmə yoluxmuşdu. Ancaq o, sifarişi verərək layihəni reallaşdırmağı bacardı. Bundan sonra da hələ bir neçə il yaşadı.

Sovet hökuməti zamanı isə kilsəni dağıtdılar: xaçları sındıraraq içində restoran düzəltdilər. 1960-cı illərdə bina baxımsız qaldı və təxminən 30 il ona yaxın duran olmadı. 1988-ci ildə isə kilsəni bərpa etdilər.

Bu, Krımın cənub sahilində ən gözəl kilsələrdən biridir. O, 400 metrlik qayanı tamamlayır və buradan şəhərə və dənizə gözəl mənzərə açılır.

Forosdan buraya avtobus işləyir. Əgər Yalta-Sevastopol marşrutu ilə getsən, gərək "Baydar darvazaları" dayanacağında düşəsən. Düzdür, sonra gərək dağa piyada qalxasan, ancaq açılan mənzərələr buna dəyər.

Xəbər lenti
0