BAKI, 2 fevral — Sputnik. Çelyabinsk sakini onlayn satış səhifələrindən birində uşaq satılması barədə elan yerləşdirib.
Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, Vyaçeslav adı ilə qeydiyyatdan keçən kişi uşağı "qab-qacaq" bölməsinə yerləşdirib, həmçinin "ev və bağ üçün" kateqoriyasını seçib. Qız uşağına görə o, beş min rus rublu istəyib.
"Məkan - Çelyabinsk. Təsviri - Maşa", - elanda yazılıb. Həmçinin qeyd olunub ki, sövdələşmə təhlükəsizdir, çatdırılma mümkündür.
Hazırda elan blok edilib.
Elan polisin diqqətini çəkib. Daxili İşlər Nazirliyindən bildiriblər ki, axtarış aparılacaq, çünki söhbət insan alverindən gedə bilər.