BAKI, 31 yanvar — Sputnik. Orlov vilayətinin Mtsensk şəhərində rezin məhsulları zavodundan baş verən partlayış zamanı 200 kvadrat metrlik ərazi çöküb.
Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, hadisə zamanı ölənlərin sayı 5-nəfərə çatıb.
Əvvəlcə hadisə zamanı 3 nəfərin öldüyü bildirilib, daha sonra onların sayı 4-ə yüksəlib. Bir müddət sonra isə dağıntılar altından qadın meyiti aşkar edilib. Hadisə zamanı yaralanan iki nəfərin vəziyyəti ağırdır.
Məlumata görə, ölən və yaralananların hamısı Türkiyə vətəndaşlarıdır. Hadisə ilə bağlı əməyin mühafizəsi tələblərinin pozulmasına görə cinayət işi başlanıb.
Xatırladaq ki, hadisə bu gün səhər saatlarında baş verib.