Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan
BAKI, 31 yanvar — Sputnik. ABŞ Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə sadiqliyini bir daha təsdiqləyir.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə ABŞ-ın ATƏT-dəki missiyasının "Twitter" səhifəsində bildirilib.
ATƏT-in Minsk Qrupunun həmsədrləri Cenevrədə Ermənistan və Azərbaycanın xarici işlər nazirləri ilə görüşdülər. ABŞ Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində kömək etmək üçün qətiyyətli olaraq qalır https://t.co/xRzmcNX5Uf
— U.S. Embassy Baku (@USEmbassyBaku) January 31, 2020
Missiyanın paylaşdığı tvitt Birləşmiş Ştatların Azərbaycandakı səfirliyi tərəfindən də paylaşılıb.
"28-30 yanvar tarixlərində Cenevrədə ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri ilə görüşüb. ABŞ əvvəl olduğu kimi, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə sadiqliyini qətiyyətlə bəyan edir", - deyə məlumatda vurğulanır.