Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Qonşumuz üçün dəhşətli koronavirus proqnozu - VİDEO

© REUTERS / SOE ZEYA TUNЛюди в медицинских масках
Люди в медицинских масках - Sputnik Azərbaycan
Abunə olmaq
Çinin Uhan şəhərində meydana gəlmiş yeni koronavirus indiyədək 132 nəfərin ölümünə səbəb olub. Dünya üzrə 6 minə yaxın insanın bu ölümcül virusa yoluxduğu iddia edilir.

BAKI, 29 yanvar — Sputnik. Yeni koronavirus 2020-ci il fevralın ortalarında Rusiyaya daxil ola bilər. Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir ki, bunu Ftiziopulmonologiya və Yoluxucu Xəstəliklər üzrə Milli Tibbi Tədqiqat Mərkəzinin direktor müavini, professor Vladimir Çulanov deyib.

Çulanov Rusiya ərazisində koronavirusun peyda olma riskini yüksək qiymətləndirib. Onun sözlərinə görə, bu bir neçə amilə bağlıdır: virusun hava damcıları ilə ötürülməsi; yoluxmanın yüksək artım tempi; Rusiyanın bölgələri ilə həmsərhəd olan Çin əyalətlərində yeni yoluxma halları; virusun 16 ölkəyə çatması; Rusiya və Çin arasında yüksək əhali miqrasiyası.

Qeyd edək ki, yanvarın 28-də sosial şəbəkələrdə Rusiyanın Voronej şəhərində iki nəfərin koronavirusa yoluxma şübhəsi ilə xəstəxanaya yerləşdirilməsinin videogörüntüləri yayılıb.

Kadrlardan görmək olar ki, əyinlərində epidemiya əleyhinə mühafizə geyimləri olan iki tibb işçisi içərisində xəstə olan xüsusi izolyasiya modulunu təcili yardım maşınına yerləşdirirlər.

Xatırladaq ki, Çinin Uhan şəhərində meydana gəlmiş yeni koronavirus indiyədək 132 nəfərin ölümünə səbəb olub. Bundan başqa, dünya üzrə 6 minə yaxın insanın bu ölümcül virusa yoluxduğu iddia edilir.

Bu virusla yoluxma faktları Çindən başqa Fransada, Almaniyada və ABŞ-da qeydə alınıb.

Çin epidemiyanın qarşısını almaq üçün artıq paytaxt Pekin də daxil olmaqla bir sıra böyük şəhərlərə giriş-çıxışı bağlayıb.

Xəbər lenti
0