Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Zaxarova Pompeoya cavab verdi – Demokratiyadan alət kimi istifadə edir

© Sputnik / Sergey Mamontov / Mediabanka keçidБрифинг официального представителя МИД России М. Захаровой
Брифинг официального представителя МИД России М. Захаровой - Sputnik Azərbaycan
Abunə olmaq
"Demokratiya" və ölkələrin "demokratik quruluşu" anlayışları on illiklərdir ki, ABŞ tərəfindən müxtəlif ölkələrdə Vaşinqtona lazım olan ölkədaxili konyunkturanı formalaşdırmaqda alət kimi istifadə olunur

BAKI, 21 yanvar — Sputnik. Birləşmiş Ştatlar Dövlət katibi Mayk Pompeonun Venesuelada hakimiyyət dəyişikliyi barədə bəyanatını Vaşinqtonun "suveren ölkələrdə vəziyyəti gərginləşdirməyə dair kampaniyaları" etiraf etməsi kimi dəyərləndirmək olar. Sputnik Azərbaycan xəbər verir ki, bunu Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

"Cənablar, bu da sizə Vaşinqtonun ifasında beynəlxalq hüquq. Yeri gəlmişkən, Mayk Pompeo iki kəlmə ilə Rusiyada xarici agentlər, suveren internet və s. haqqında qanun qəbul olunmasının vacibliyini sübut etdi", - deyə Zaxarova qeyd edib.

Diplomatın sözlərinə görə, Pompeonun sözləri bir daha sübut edib ki, Birləşmiş Ştatlar "heç vaxt müstəqil ölkələrin işlərinə qarışmaq və rejimlərin dəyişməsi siyasətindən" əl çəkməyib:

"Yumşaq güc və ya təxribatlar və dövlət çevrilişləri yolu ilə - bu hər dəfə müxtəlif yolla həll olunur. "Demokartiya" və ölkələrin "demokratik quruluşu" anlayışları isə on illiklərdir ki, ABŞ tərəfindən müxtəlif ölkələrdə Vaşinqtona lazım olan ölkədaxili konyunkturanı formalaşdırmaqda alət kimi istifadə olunur.

Qeyd edək ki, daha əvvəl Birləşmiş Ştatların Dövlət katibi Mayk Pompeo Venesuela Prezidenti Nikolas Maduronun hakim postunu tərk etməsi üçün reallaşdırılan plan barədə danışıb. Bu barədə Sputnik Azərbaycan "Caracol" nəşrinə istinadən xəbər verir.

Dövlət Departamentinin rəhbəri Vaşinqtonun Karakasa qarşı hazırkı strategiyasının effektivliyi barədə danışarkən SSRİ ilə mübarizə təcrübəsini xatırladıb: "Mən xatırlayıram ki, ABŞ-ın sabiq dövlət katibi Ceyms Beyker danışırdı ki, Sovet İttifaqı dağılana qədər heç kim strategiyanın işlədiyinə inanmırdı. O isə işlədi".

Onun sözlərinə görə, Vaşinqtonun hazırkı məqsədi hazırkı prezident Nikolas Maduronun istefaya getməsinə, daha sonra orada azad seçkiləri keçirilməsinə nail olmaqdır.

Xəbər lenti
0